Baki Nagili's Blog

Bu nədir? Açması…

Almaniyada "Xocalı" abidəsi

Aşırı vətənşüvənlikdən, aşırı vətənpərlikdən zəhləm gedir. Həyatımız elədir ki, bəzən humanist, bəzən liberal, bəzən demokrat, hərdən sosial və yeri gələndə də diktator olmalısan. Əks halda istifadə oluna, əzilə, alçaldıla bilərsən.
Xocalı soyqırımını hamımız bilirik. Hərə özünə görə yozur. Həqiqətlərin təfərrüatları ildən ilə fərqli şəkildə çatır qulaqlarımıza. Öldürülənlər, zorlananlar canlanır gözlərim önündə. Və… Bir qramda olsun ucaldılan abidələr mənim qəlbimdə nə bu yanğını azalda bilir, nə də çoxalda bilir.
Bu yaxınlarda rəfiqəmlə söhbət zamanı bir erməni bloggerin blogunda Almaniyada açılmış Xocalı abidəsi nə yazılan şərhləri görəndə bilmədim nə deyəm. Ermənini qınamıram. Əks tərəfdir. Belə bir şey yazacağı normaldır.
Az da olsa incəsənətdən başım çıxır. Özümə bəraət qazandırmalı olsam abidəni belə açıqlayardım: “Rəssam və heykəltəraş İbrahim Əhrari 3 insanı (ata, ana, uşaq) xatırladan daş və palçıq qarışığıyla bu abidəni yonub.  Oxumağa davam et

Advertisements

İyun 3, 2011 Posted by | Uncategorized | , , | 2 Şərh