Baki Nagili's Blog

“Asfaltçı” nəğmələri: Dilləmə

Abşeron çökür
Yollar pul sökür
Başda dik bitən
Güllər tər tökür

Əl vurma çökər
Partdadı təkər
Cibində pul yox
Neynəsin nökər? Oxumağa davam et

Aprel 15, 2011 Posted by | Şeri-biədəb | Bir şərh yazın

Üsyan et, susma, danış!

               Üsyan et susma danış! Susduğun an əzər səni zalım dünya!
(Aynur Zərrintac)

Bir mən olum
Bir dar ağacı
Bir də köhnə ayaqqabı
Məni məhv edəcək
Bu dar dünyanın
Zalım ağacı
Məni gəzdirəcək köhnə ayaqqabı
Biri ayağımla dostdur
Biri başımla düşmən
Biri ayaqdan yapışır
Biri asılır başdan
Zaman keçdikcə köhnəlir
Həm ayaqqabı, həm də dar ağacı
Ayaqdan boşalır ayaqqabı
Bu dar dünyanın köhnə dar ağacı
Sənə ayaqqabımla edirəm bu üsyanı
*************************
Bir sən ol
Bir mavi səma
Bir də dəmir tikanlı hasar
Boylan mavi səmaya
Dəmir tikanlar arxasından
Uçan quşların qanad çırpıltısı
Süzən kölgəsi
Qoy sökdürsün sənə
Dəmir tikanları
Sən də qanadlan
Üsyan et dəmir insanların çəkdiyi
Dəmir tikanlı hasarlara
*********************
Bir o olsun
Bir damarı
Bir də eşqlə axan al qanı
Qoy yaşatsın ürəyini
Söndürməsin gözlərində işartını
Alovlansın, üsyan etsin
Köhnəliyə, ölgünlüyə
Sevgi versin zalım dünya acığına
Dünya onu sevmir deyə.

Aprel 13, 2010 Posted by | Uncategorized, Şeri-biədəb | 1 Şərh

Insan yalnızlığı

Qarlı havanın nə qədər sakitlik, hüzun gətirdiyini qar yağanda gömək olur. Yağan qar təbiətin problemlərini nə qədər yerində həll edirsə, insanların çatışmamazlıqlarını bir o qədər qabardır.

Oxumağa davam et

Fevral 6, 2010 Posted by | Uncategorized, Şeri-biədəb | , , | Bir şərh yazın