Baki Nagili's Blog

Fələstinli erməninin “Marka”sı

Mətbuat münasibətləri formalaşdıran əsas aparıcı qüvvədir. Qüvvə yox, daha çox öz adıyla dördüncü hakimiyyət. Araşdırılmamış bir xəbər dövlətlərarası yeni bir konfliktin əsasını qoya bilər. Elə yerli saytların copy-paste üsulu ilə bir-birindən götürdükləri və arada ilkin mənbənin itdiyi bu xəbər kimi.

felestin

Bütün məsliyyəti vesti.az saytının üzərinə yıxacağam. Ən azından ona görə ki, bu saytı ciddi sayt hesab edirəm və xəbəri qısa şəkildə verməmişdən öncə sosial şəbəkə istifadəçilərinin etdiyi kimi araşdıra bilərdilər və ya haradan. 

Xəbərdə deyilir:

Fələstində “Erməni soyqırımının 100 illiyi” hadidəsi ilə bağlı gözlənilməz addım atılıb. 

Vesti.az-ın sosial şəbəkədəki linkə əsasən xəbər verdiyinə görə, Fələstində “Erməni soyqırımının 100 illiyi” nə həsr olunmuş marka buraxılıb. 

Daha sonra dostların sosial şəbəkədən tapdıqları əsas mənbə, markanın yerləşdirildiyi episent məlum olub. Hadisə isə belədir:

Əslində bu markanı Haqub Benian adlı fələstinli erməni şəxsi təşəbbüsü olaraq hazırlayıb, Palestinian Christians † المسيحيين الفلسطينيين səhifəsi yayımlayıb və Fələstin hökumətindən soyqırımın tanınmasını istəyiblər.

Səhifədəki markanın fotosu altında yayımlanan ərəbcə yazının qısa tərcüməsi: “Haqub Benian adlı istifadəçi: Fələstin erməniləri Fələstin dövlətinin ermeni soyqırımına münasibətini bilmək istəyirlər. Hamımız bilirik ki, Ermənistan Respublikası BMT-nin Ümumdünya Konqresində Fələstin dövlətini tanıyan ilk dövlətlərdən olub. Fələstin erməniləri bu gün Fələstin dövlətindən ermənilərin tərəfində dayanmağı və rəsmi şəkildə onların tarixi faciəsini tanımağı tələb edir. Bu sözlər Fələstin vətəndaşı olan Haqub Benyanın sözləridir. O, bu gözəl poçt markasının layihəsini xüsusilə erməni soyqırımının 100 illiyi münasibətilə tərtib edib. O gözəl bir poçt markasıdır. Arzu edirik ki, bu bir yox, iki faciənin sahibi kimi tanınan fələstin ermənilərinin soyqırım etirafı tramplini olsun. Bu gün biz onların Fələstin adlanan ağrılı bir vətən qırğınına sahib olduğunu görürük. Yük ağırdır. Lakin ermənilər təslim olmurlar…”

Göründüyü kimi bu soyqırım ərəfəsində fələstində yaşayan bir erməninin öz tarixi uğrunda etdiyi bir təşəbbüsdür. Bi bu cür təşəbbüsləri Xocalı soyqırımı ərəfəsində müstəlif kompaniyalar vasitəsilə edirik.

Sual yaranır: Bəs sayt bu cür xəbəri yayımlayarkən niyə adı çəkilən dövlətin Azərbaycanda fəaliyyət göstərilən səfriliyində məsələ ilə bağlı açıqlama almır?

Səfirliyin olayla bağlı rəsmi mövqeyi isə digər bir saytın ünvanlandığı sorğuda cavablandırılıb:

“Səfirlik bütün obyektivliyi ilə ilk əvvəl bütün rəsmi fələstin poçt markaları ilə maraqlananları fələstin poçt qurumunun saytına daxil olmağa və qurumun buraxdığı poçt forma və nümunələrinin necə olduğunu öyrənməyə dəvət edir. Səfirlik açıq aydın, mübahisəsiz olan bir həqiqəti vurğulamaq istəyir ki, Fələstin Dövləti hökümət və xalq olaraq rəsmi Türkiyə Cumhuriyyəti və xalqı ilə çox güclü və xüsusi əlaqələrə malikdir və onun tərəfindən Türkiyə və Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaran belə bir mövqenin sərgilənməsi mümkün deyildir. Xüsusilə bu fələstin siyasi mövqeyi ilə heç bir uyğunluq təşkil etmir”.

“Öz işində məsuliyyətli olan mətbuat nümayəndələrindən belə məsələlərdə tələsməməyi, facebookdakı istənilən bir şəxsin photoshop vasitəsilə bunu edə biləcəyinin mümkünlüyünü nəzərə alsaq xəbər mənbəyi kimi facebook-a istinad etməməyi, məntiqə söykənmələrini, məlumat və xəbəri məsuliyyətli və rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik ki, bu kimi məsələlər pis məqsədli insanlara fürsət verməsin. Bunun nəticəsində də onlar dost və qardaşlar arasında fitnə-fəsad yarada bilsin”, – deyə açıqlama bu fikirlərlə yekunlaşır.  

Bütün bunlardan sonra iradım marka düzəldən deyil, xəbəri yayımlayan bir mətbuat qurumunadır ki, bu tipli xəbərləri vətənpərvərlik baxımından yayımlayıb, erməni soyqırımına tərəfkeşlik edən tərəflər axtarmaq istəyirlərsə, bir də sağ tərəfə çevrilib baxsınlar. Bu cür xəbərlər ölkə daxilində beynəlxalq münasibətlər sistemində nə kimi anlaşılmamazlıqlar yarada bilər?!

Aprel 22, 2015 - Posted by | Düşüncə | , , , ,

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma