Baki Nagili's Blog

Knut Hamsunun “Aclığ”ı

Onun “Aclığ”ın səbəblərini oxuya-oxuya özümü əsrlərdir ac birisi kimi hesab edirdim. Sanki hər şeyə ac idim. Sevgiyə, nifrətə, çörəyə, suya, insanlara ac idim sanki.
Norveçin  böyük yazarı Knut Hamsun “Aclıq” romanını Amerikaya ikinci gəlişindən sonra 1888-ci ildə Osloda (o dövrkü Kritiania) yazmağa başlamış, Kopenhaqendə isə davam etmişdir.  Bu romandan hissələr ilk dəfə “Ny Jord” adlı jurnalda yayımlanmışdı. Tam halda kitab isə Knut Hamsunun adı verilmədən 1890-cı ildə nəşr olundu .

Knut ayağında taxta çarıqlar küçədə, dalanlarda keçirdi uşaqlığını. Səkkiz yaşında sərt təbiətli adam olan dayısının istəyi ilə anası və atası onu istəmədən bir rahibin yanına şagirdliyə qoyurlar. Ata yurdundan uzaq bir yerdə və rahiblərin əhatəsində yaşamaq balaca Knutun həyatına kabuslar gətirdi. Həyatın çətinlik və insafsızlığını ona ilk öncə dayısının çox sərt qanunları öyrətdi. 4-5 il dözən dən sonra 14 yaşında doğulduğu Lom qəsəbəsinə qayıdaraq bir tacirin yanında  köməkçi olur. 17 yaşında artıq o, kitablardan öyrənə biləcəyindən çox şey bilirdi.

18 yaşında ikən bir kənd hekayəsi (Frida) və şerlər yazmağa başlayır. Adını da Knut Pederson deyə dəyişdirir. Hekayəsini Norveçin ən böyük yazarı Björnsona gətirsə də rədd cavabı alır.

Əlində bir qələm, bir kağız parçası ilə sətirləri yazırdı:

“Yumruğunu yemədikcə kimsənin buraxıb getmədiyi o qərib şəhər Kristianada ac-yalavac keçirtdiyim günlər idi… tavan arasında ayıq yatırdım. Alt mərtəbədə bir saatın altı dəfə vurduğunu eşitdim. Xəfif aydınlanmışdı ortalıq, nərdivanları enib çıxmağa başlamışdı insanlar…”

Knut günlərlə ac qalır, ancaq yazmağa davam edirdi. Bunun nəyə yarayacağını, nə üçün olduğunu bilirdi: “Aclıq” romanı idi yazdığı.

Romandan parçalar:

“Uşaqlıq inanclarımdan qırıq-sökük parçalar xatırlayırdım. İncilin oxunuşundakı ahəng qulaqlarımda səslənirdi. Sakitcə öz-özümə danışdım, lağedici tərzdə başımı ciyinlərimə əydim.  Nə edə bilərdim ki: nə boğmalanacağımı, nə içəcəyimi, fani bədən dedikləri bu alçaq soxulcan torbasını hansı çullara bürüyəcəyimi düşünürdüm. Göydəki Allah baba, səmadakı sərçə kimi məni də düşünməmiş, mən-aciz qulunu göstərmək lütfündən məhrummu etmişdi? Tanrı barmağını sinir şəbəkəmə soxmuş, tədbirli-ehtiyatlı sadəcə üstdən telləri bir az qarışdırmışdı. Sonra Tanrı barmağını bir az geri çəkmiş, sinirlərimin ip kimi telləri, kökləri  bu barmaqda qalmışdı. Tanrının barmağı arxasınca bir də bir dəlik qoymuşdu. Bu barmağın keçdiyi yolda, beynimdə yaralar qalmışdı. Ancaq Tanrı mənə barmağı ilə toxunduqdan sonra məni buraxmış, bir daha mənə toxunmamış, mənə bir pislik etməmişdi. Yoxxx…. Artıq artıq rahat ola bilərdim, başımdakı dəliklə dolaşa bilirdim. Tanrıdan mənə heç bir pislik toxunmamışdı, O ki Rəbbimizdi, əsla….”

“Durdum, geri dönməyə qərar verdim. Gəzməkdən əsəbləşmişdim, yavaş və ikiqat bükülmüş halda irəliləyirdim. Qarşıdan  iki at arabası göründü. Arabaçılar yüklərinin üstündə uzanmışdılar, üzləri girdə və daş kimi ifadəsiz, başları açıq mahnı oxuyurdular.  Addımlayır, düşünürdüm. Mənə bağıracaqlar, söz atacaqlar, ya da bir mahnı qoşacaqdılar. Yanlarına  yaxınlaşmışdım ki, biri səsləndi, qoltuğumdakı şeyin nə olduğunu soruşdu.

“Ədyal!” cavabını verdim.

“Saat neçədir?” deyə soruşdu.

“Dəqiq bilmirəm, deyəsən üç!”

Güldülər, keçib gedirdilər, o anda qulağımda bir qamçı zərbəsi hiss etdim, başımdan şapkam düşdü. Gənclər əylənmədən məni boş buraxmamışdılar. Qəzəb içində əlimi qulağıma apardım, çuxura düşmüş papağımı götürüb yoluma davam etdim. İrəlidə, St.Hanshaugen tərəfdə bir adam mənə saatın 4-ə qalmış olduğunu dedi”.

“Yoldan ayrılıb meşəyə girdim, dincəlmək üçün oturdum, sonra uyğun bir yer axtarmağa başladım….Və qaranlıq çevrə ətrafımda pusqudaydı. Hər tərəf səssiz idi, hər şey səssiz. Amma yuxarıda əbədi musiqi, hava, əsla susmayan uzaq və səssiz uğultu davam edirdi. Bu sonsuz, xəstə mırıltıya uzun zaman qulaq asdım, zehnim qarışmağa başladı. Şübhəsiz, üzərimdə yuvarlanan dünyaların simfoniyası idi bu, bir mahnıya başlamış ulduzlardı…

“Buna da boş ver!” dedim və özümü cəsarətləndirmək üçün uca səslə güldüm: “Kənandakı bayquşlar bunlar!”

Knut Hamsunun fotosessiyası:

Jan Troellin Knut Hamsun haqqında çəkdiyi filmdən. Rollarda: Sverre Anker Ousdal və Ghita Norby

Max von Sydovv Hamsun rolunda

Knut Hamsun Marie ilə Norholmda öz itləri Duksla, 1925-ci il

http://nobelprize.org/nobel_prizes/literature/laureates/1920/hamsun-photo.html

Knut Hamsun iş otağında, 1929.

May 30, 2011 - Posted by | Kütubxanə, Uncategorized | , , , , ,

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma