Baki Nagili's Blog

“Patriarxın payızı”nın saralmış yarpaqları

1975-ci ildə nəşr olunmuş Qabriel Qarsia Markesin “Patriarxın payızı” kitabı yenidən “Qanun” nəşriyyatı tərəfindən Afaq Məsudun tərçüməsi çap edildi.

Kitabın ilk səhifəsindən:
“Patriarxın payızı” romanı zorakılıq və despotizm faktları ilə kifayət qədər zəngin olan bəşər tarixinin qrotek ümumiləşdirilməsidir. Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib, qanlar tökən bir diktatorun hekayəsi durur. Romanın qarmaqarışıq əhvalatı qarışıqlığı ilə üst-üstə düşür. Patriarx-hakimiyyət ideyasının özünün, onun insan şüuruna təsirinin təcəssümüdür.

Venesuela yazıçıı Migel Otero Silva roman haqda yazır:

“Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes, Latın Amerikasının diktatorları haqqında bir fəsil yazmaq şərtilə bir kitab yazmağı təklif edir. Qarsia Markes-ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa-Legianın, Otero Silva (yəni mən)-Qomesin, Roa Bastos-Fransianın, Kortasar-Rosasa oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki ona nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun “Mən, Ali”, Karpentyerin diktator Maçadonun müəyyən xarakterik cizgilərini ehtiva edən “Metodun yanlışlığı” və Qarsia Markesin “Patriarxın payızı” kitabları bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin nəticəsi kimi ən azı üç roman yarandı…”

Qabriel Qarsia Markes qeydlərində roman haqqında yazır: (ixtisarla) “Mənim daim axtarışında olduğum və yazmaq istədiyim əsər “Patriarxın payızı” olub. Bu roman oxucudan müəyyən bədii hazırlıq tələb edir. Bu romanı tələsmədən, özümü zorlamadan yazmışam. Mən ispan dilini gözəl bilirəm və bu poeziyanın mənə böyük köməyi olub. Əsər Qəraib xalqlarının şerləri ilə, xüsusən Ruben Dario poeziyası ilə doludur. Roman Darionun poeziyası üzərində qurulub. …Kuba inqilabı nəhəng bir işə-Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Onun törətdiyi bütün qanlı cinayətlər sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Ölüm hökmü oxunanda Blanka ilə üz-üzə dayanmışdım. Onun sifətində bir əzələ belə tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur…”

Bizim əziz general

Vətəni murdarladı

Çox əlləşdi, vuruşdu

Öz ağlı-kamalıyla

Yeni qanunlar qoşdu

Başıyla yox, dalıyla…

Qabriel Makrizin “Patriarxın payızı” romanı əsasında  çəkilmişir. Qeyd edim ki, aktyor Marlon Brandonun kino həyatındakı sonuncu rolu da bu film olmuşdur. Ancaq film elə də uğur qazanmamışdır.

Qabriel Markez Qarsiadan kiçik fotosessiya:

Qabriel Markez Qarsia, həyat yoldaşı Mersedes və oğlanları ilə-1960, Barselona

Qabriel Markez Qarsia, həyat yoldaşı Mersedes və oğlanları ilə-1960, Barselona

Qabriel Qarsia Markez Nobel mükafatı almağa hazırlaşır-1982

Qoca Qabriel

Fidel Kastro Qabriel Qarsia ilə - 1998

Qabriel Qarsia Markezin karikaturası

Advertisements

May 1, 2011 - Posted by | Kütubxanə, Uncategorized | , , ,

1 Şərh »

  1. Bilmirdim ki, azərbaycancada var, mən bunu rusca oxumuşam çox maraqlıdı.

    Şərh tərəfindən gulustan01 | May 3, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: