Baki Nagili's Blog

Knut Hamsunun “Aclığ”ı

Onun “Aclığ”ın səbəblərini oxuya-oxuya özümü əsrlərdir ac birisi kimi hesab edirdim. Sanki hər şeyə ac idim. Sevgiyə, nifrətə, çörəyə, suya, insanlara ac idim sanki.
Norveçin  böyük yazarı Knut Hamsun “Aclıq” romanını Amerikaya ikinci gəlişindən sonra 1888-ci ildə Osloda (o dövrkü Kritiania) yazmağa başlamış, Kopenhaqendə isə davam etmişdir.  Bu romandan hissələr ilk dəfə “Ny Jord” adlı jurnalda yayımlanmışdı. Tam halda kitab isə Knut Hamsunun adı verilmədən 1890-cı ildə nəşr olundu .

Knut ayağında taxta çarıqlar küçədə, dalanlarda keçirdi uşaqlığını. Səkkiz yaşında sərt təbiətli adam olan dayısının istəyi ilə anası və atası onu istəmədən bir rahibin yanına şagirdliyə qoyurlar. Ata yurdundan uzaq bir yerdə və rahiblərin əhatəsində yaşamaq balaca Knutun həyatına kabuslar gətirdi. Həyatın çətinlik və insafsızlığını ona ilk öncə dayısının çox sərt qanunları öyrətdi. 4-5 il dözən dən sonra 14 yaşında doğulduğu Lom qəsəbəsinə qayıdaraq bir tacirin yanında  köməkçi olur. 17 yaşında artıq o, kitablardan öyrənə biləcəyindən çox şey bilirdi.

18 yaşında ikən bir kənd hekayəsi (Frida) və şerlər yazmağa başlayır. Adını da Knut Pederson deyə dəyişdirir. Hekayəsini Norveçin ən böyük yazarı Björnsona gətirsə də rədd cavabı alır. Oxumağa davam et

May 30, 2011 Posted by | Kütubxanə, Uncategorized | , , , , , | Bir şərh yazın

May xronologiyası… May günü, May böcəyi, May gülü

2011-ci ilin may ayı

Düzü dünya Mayda gülür

Məni maygülü güldürür

1 May – zəhmətkeşlərin bayramı ilə başladıq. Yadımda qaranlq qalıb. Yanılmıramsa atamın çiynində əlimdə qırmızı bayraq o vaxt yürüşə getmişdim. Sonra metroda qırmızı şar partladı. Bu il də Azərabycanda 1 May Məmməd Süleymanovun mühazirəsi ilə gerçəkləşdi.

8 May – Şuşanın ermənilərə verilməsi günü. Şəhər quruluşuna görə alınması çətin olan bir şəhəri  məlum və adını çəkmədiyimiz səbəblərə görə verdik. Ürək yanğısıyla deyirəm: Bizim qanımızda elə bir şey var ki, istəməsək bir köpəyoğluna bir parça qənd də vermərik. Amma Şuşanı verdik. Həyəcanla verdik. Sonra da ağladıq. Şuşa məscidinin tarixini araşdırırdım. Tanınmış şuşalılardan biri Səid Hacıyevdən müsahibə aldım. Deyir, evimiz Gövhər ağa məscidinin böyründə idi. Gözlərim önündə mənzərə canlanır.  Ağır dərddir. Təsəvvür et, oturmusan Bakıda və icra hakimiyyəti gəlib deyir ki, yığ şələ-küləvi yallah, həyətüvüzü söküb analoqu olmayan inci adası salıram. Konpensasiya əvəzinə də ŞİŞ alarsan! Oxumağa davam et

May 17, 2011 Posted by | Düşüncə, Uncategorized | , , , , , | Bir şərh yazın

“Patriarxın payızı”nın saralmış yarpaqları

1975-ci ildə nəşr olunmuş Qabriel Qarsia Markesin “Patriarxın payızı” kitabı yenidən “Qanun” nəşriyyatı tərəfindən Afaq Məsudun tərçüməsi çap edildi.

Kitabın ilk səhifəsindən:
“Patriarxın payızı” romanı zorakılıq və despotizm faktları ilə kifayət qədər zəngin olan bəşər tarixinin qrotek ümumiləşdirilməsidir. Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib, qanlar tökən bir diktatorun hekayəsi durur. Romanın qarmaqarışıq əhvalatı qarışıqlığı ilə üst-üstə düşür. Patriarx-hakimiyyət ideyasının özünün, onun insan şüuruna təsirinin təcəssümüdür. Oxumağa davam et

May 1, 2011 Posted by | Kütubxanə, Uncategorized | , , , | 1 Şərh

   

%d bloqqer bunu bəyənir: