Baki Nagili's Blog

“Quqark”ın izilə

Seymur Baycandan xahiş edəndə ki, kimsəsiz uşaqlar evinə kitab klubumuzun yazar  qonağı kimi getməyini istəyirik, dedi çətindi, gedə bilmərəm. Ürəyim ağrıyır. Sonradan “Quqark”ı oxuyanda hardasa deyəsən başa düşmüşdüm nə üçün getməyin bu qədər ağır olduğunu.

“Quqark”dan bir hissə… (bura da bax)

Deyib-gülən, bir-birinə atmaca atan tədbir iştirakçılarından həm görüşdə, həm də davranışda fərqlənən qara paltarlı qadınlar diqqətimi cəlb etdi. Artur əlində içi şərabla dolu bakal ayağa qalxıb növbəti nitqini irad edəndə hər şey aydın oldu. Bu qadınların övladları müharibədə itkin düşmüşdülər. Onları banketə dəvət etmək Arturun ideyası idi. Banketdə iştirak edənlərin sifəti Arturun nitqi zamanı dəyişdi. Hər kəs özünü bacardığı qədər kədərli göstərməyə çalışırdı. Banket iştirakçıları övladları müharibədə itkin düşmüş qadınların dərdinə şərik olduqlarını bu süni kədərlə göstərməyə çalışırdılar. Banket iştirakçıları övladları müharibədə itkin düşmüş qadınların dərdinə şərik oduqlarını bu süni kədərlə göstərməyə çalışırdılar.

Mənim vəziyyətim tamam başqa idi. tərslikdən mən düz qara paltarlı qadınların qarşısında əyləşmişdim. Başımı qaldırıb onların üzünə baxa bilmirdim. Yerimi dəyişmək isə heç yaxşı hərəkət olmazdı. Biz badələri doldurduq. Və müharibədə itkin düşmüş, əsir götürülmüş adamların sağlığına içdik. Biz onları qəsdən sağ adam kimi yad etməklə qara paltarlı qadınlara təsəlli vermək istəyirdik. Mən çox mənasız, məzmunsuz məclislərdə, tədbirlərdə, konfranslarda iştirak etmişəm. Və bu məclislərin, konfransların, seminarların heç bir problemi həll etməyəcəyini yaxşı anladığım halda artistcəsinə aktivlik etmişəm. Mübahisələrə girişmişəm. Səfər çıxmaq, gəzmək, qonorar almaq, oteldə qalmaq, banketlərdə yeyib-içmək xətrinə çox məzmunsuz, çox mənasız konfransların iştirakçısı olmuşam. Bu dəfə isə vəziyyət tamam başqa idi. Müharibədə övladlarını itirmiş analar düz qarşımda əyləşmişdilər. Az-çox vicdanı olan adam onların qarşısında ürəkdən əylənə, yeməklərin dadından ləzzət ala bilməzdi. Tanrıya min şükür, məndə vicdan deyilən şey bir az qalmışdı, yoxsa özümü arsızlığa qoyub doyunca yeyib-içə, əylənə bilərdim. Həyatda gördüyüm, şəxsən tanıdığım, sonra isə müharibədə ölən, itkin düşən adamların sifətini xatırladım. Deməli, belə çıxır ki, onlar müharibədə bir qrup adamın otellərdə gecələməsi, o şəhərdən bu şəhərə gedib gəzməsi, səfərə çıxması, sifətlərinə müdrik ifadələr verib boş-boş danışması, qonorar alması, restoranlarda yeyib-içib qarın otarması üçün ölmüşdülər…..

Kitab haqqında fikirlərim:

Kitabın yarıya qədər hissəsində yazıçının bir neçə dəfə eyni fikirləri yayımladığını görürdüm. Görünür ya redaktə olunmayıb, ya da redaktəyə ehtiyac duyulmayıb. Ancaq bu hadisələrin sonrakı gedişatını izləyən oxucunu-məni yorurdu. Kitabı 3 günə bitirdim. Baxmayaraq ki, üslub cəhətdən o qədər də güclü saymaq olmaz. amma fikrimcə, əgər sən oxuduğun zaman hadisələrin içində olub, ordakı həyəcanı yaşayırsansa deməli, əsər güclüdür. Aqşin Yenisey “Quqark” haqqında deyib: “Quqark” peşəkar yazıçının deyil, peşəkar oxucunun yazdığı romandır”.

“Quqark” əsasında film çəkilmə ehtimalı da var.

Kitabın müəllif tərəfindən imzalı təqdimatı Azad Fikir Universitetində keçirilmişdir. Prosesi Əziz Elxanoğlunun çəkdiyi videodan izləyə bilərsiniz.

Seymur Baycanın romandakı “Quqark”ı əvvəllər pioner, indi isə məktəblilərin yay düşərgəsi olan yerdir.

Vikipediadan isə: Quqark-Ermənistan ərazisində Kür çayпnın yuxarı hissəsində yerləşən bir kənddir. Gürcü akademik Akaki Şanidzeyə görə, Quqark adı gürcü sözü “qo-qar-an” sözündəndir.  Ermənistan mənbələrində, Strabona görə e.ə. 170-ci ildə erməni şahı I Artaşes tərəfindən işğal olunmuşdur. Burada Sunda şəhəri yerləşirmiş. Ermənistan SSRİ dövründə Quqark rayonun mərkəzi 1985-ci ilə qədər Meqrut olmuşdur. Coğrafi cəhətdən Quqark rayonu Vanadzorla birləşib. Quqarkın bütün əhalsi erməni əsillidir. Ermənilərin soyqırımına qədər bu bölgənin əhalisinin tərkibini ermənilər təşkil etməkdə idi. Gürcüstanlı tədqiqatçılara görə isə, bu bölgənin etnik tərkibi gürcülərdən ibarət idi. Bondo Arveladze iddia edir ki, ermənilərin ədəbiyyat tarixində “quqarlı”lar erməni deyil, gürcü tayfaları kimi göstərilmişdir.

Bu da belə… Seymur Baycanın və bir neçə şəxsin Ermənistana səfəri Azərbaycanda yaxşı qarşılanmamışdı o vaxt. Hətta onların vətəndaşlıqlarının alınmasını tələb edənlər də vardı. Hərənin məsələyə bir baxış bucağı var. Oraları görmək istəyən başqalarının da mövcudluğuna inanıram. Özüm isə müharibənin ağır izləri qalan torpaqlarda olmaqdan vaz keçmərəm.

Fikirlərimə nöqtəni “Ermənistana səfər: Seymur Baycanın gündəliyi”ndən kiçik bir hissə ilə qoyuram:

“Sərhədi keçən kimi Georgi lətifə danışmağa başladı: Rus və erməni yazar söhbət edir. Rusiyalı yazar soruşur:

-Ermənicə “sülh” necə deyilir?

-Xaqaqutyun.

-Necə?

-Xaqaqutyun.

-Başa düşmədim, mümkünsə hecalarla.

-Xa-qa-qut-yun.

-Mənə bax, bu sülh deyil, lap müharibənin özüdür.

Ağır ağır yazdı: Aynur Zərrintac

Aprel 23, 2011 - Posted by | Düşüncə

1 Şərh »

  1. mən də almışam bu kitabı, amma hələ başlamamışam. Bu Seymur Baycandan oxuyacağım ilk kitab olacaq

    Şərh tərəfindən Ulvi Telmansoy | Aprel 23, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma