Baki Nagili's Blog

“Quqark”ın izilə

Seymur Baycandan xahiş edəndə ki, kimsəsiz uşaqlar evinə kitab klubumuzun yazar  qonağı kimi getməyini istəyirik, dedi çətindi, gedə bilmərəm. Ürəyim ağrıyır. Sonradan “Quqark”ı oxuyanda hardasa deyəsən başa düşmüşdüm nə üçün getməyin bu qədər ağır olduğunu.

“Quqark”dan bir hissə… (bura da bax)

Deyib-gülən, bir-birinə atmaca atan tədbir iştirakçılarından həm görüşdə, həm də davranışda fərqlənən qara paltarlı qadınlar diqqətimi cəlb etdi. Artur əlində içi şərabla dolu bakal ayağa qalxıb növbəti nitqini irad edəndə hər şey aydın oldu. Bu qadınların övladları müharibədə itkin düşmüşdülər. Onları banketə dəvət etmək Arturun ideyası idi. Banketdə iştirak edənlərin sifəti Arturun nitqi zamanı dəyişdi. Hər kəs özünü bacardığı qədər kədərli göstərməyə çalışırdı. Banket iştirakçıları övladları müharibədə itkin düşmüş qadınların dərdinə şərik olduqlarını bu süni kədərlə göstərməyə çalışırdılar. Banket iştirakçıları övladları müharibədə itkin düşmüş qadınların dərdinə şərik oduqlarını bu süni kədərlə göstərməyə çalışırdılar. Oxumağa davam et

Aprel 23, 2011 Posted by | Düşüncə | 1 Şərh