Baki Nagili's Blog

Qəzet alunnnn…. Qəzet alunnnn….

Qəzet alunnnn… Qəzet alunnnn…. Şah bu gün öz əllamə üllaməsi ilə Firəngistandan gələcək firəngləri qarşılayacaq. Şəhərin tinlərində toplu şəkildə yürüş edənlərin üstünə qoçu dəstələri buraxılacaq. Novruz bayramı qabağı musurman toyuqlarının yumurtaları auksiona çıxarılacaq. Qəzettt alunnnn…. Qəzet alunnnn….

Aprlein 1-dünya gülüş gününü qeyd edərkən, biz də bir qrup gənc Azad Gənclik təşkilatının təşəbbüsü ilə “MALAKAN” bağında qəzet aksiyamızı keçirdik. Məqsəd qəzet oxuma mədəniyyətini təbliğ etmək və əlimizdəki qəzetləri şəhər sakinlərindən bir qisminə paylamaq idi. Facebook sosial şəbəkəsində statusumda yazılan bəzi fikirləri bölüşüm: Fransada təhsil alan Azər Zeynallı adlı dostum yazır:

Fransada qəzet mədəniyyəti-Fransanın (digər ölkələrdə yaşamamışam dəqiq deyə bilməyəcəm ) böyük şəhərlərində, metro və tramvayların birinci və sonuncu stansiyalarında, hərəkətin çox olduğu yerlərdə, üzərində “məlumatı atmayın, paylaşın” yazılmış yerlərdə hər səhər yeni qəzetlər qoyurlar. Kimin oxumaq, olan-bitəndən xəbər tutmaq istəyi varsa, götürür istədiyi qəzeti, oxuyur, ən azından vərəqləyir.
Təkcə siyasət, hadisə yox, eyni zamanda, mədəniyyət, kino, idman və əyləncə rubrikaları olur həmin qəzetlərin.

Kimə nə maraqlıdırsa, oxuyur. Əgər artıq oxumaq istəmirsə, yaxud oxuyub qurtarırsa, onu düşərkən oturduğu oturacağın üstünə qoyur, gedir. Özündən sonra gələnlərə maraqlıdırsa, açıb oxuyurlar, maraqlı deyilsə, olduğu yerdə qalır.

Şahnaz Kamalovada əlavə edir: Peterburqda da ,,Metro,, adlı belə bir qəzet çap olunur ve pulsuz paylanılır. Adını unutduğum daha bir qəzet də metroda oxunmaq üçün pulsuz verilir.

Bizim qəzet aksiyamız zamanı parkda istirahət edən yaşlı nəslin nümayəndlərinə də pay düşdü. Ən başlıcası isə ətrafda fırlanan mülki geyimli şəxslər kənarda müşahidə edən polislər idi.

Yadıma bir şey düşdü: 11 Mart ayında hər kəsin təşvişə düşdüyü bir anda polis dənzikənarı parkda “Müsavat” qəzeti oxuyan gəncə yaxınlaşıb : “Burda Müsavat oxumaq olmaz”  demişdi. Ancaq hər səhər metrodan aşağı düşəndə Əzizbəyovda polislərin “Müsavat” qəzetini necə hərisliklə gözdən keçirdiyini görəndə deyirsən: Yooo, xalq informasiyaya biganə deyil. Amma baxır xəbəri necə çatdırırsan.

Qəzet

Aprel 3, 2011 - Posted by | Uncategorized

2 Şərh »

  1. ela..uqurlar

    Şərh tərəfindən YaHuseyn | Aprel 3, 2011 | Cavabla

  2. Mən bildiyim qədər Metro dünyada çıxan ilk qəzetdir 🙂

    Şərh tərəfindən Zhala Najafova | Aprel 3, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma