Baki Nagili's Blog

“Quqark”ın izilə

Seymur Baycandan xahiş edəndə ki, kimsəsiz uşaqlar evinə kitab klubumuzun yazar  qonağı kimi getməyini istəyirik, dedi çətindi, gedə bilmərəm. Ürəyim ağrıyır. Sonradan “Quqark”ı oxuyanda hardasa deyəsən başa düşmüşdüm nə üçün getməyin bu qədər ağır olduğunu.

“Quqark”dan bir hissə… (bura da bax)

Deyib-gülən, bir-birinə atmaca atan tədbir iştirakçılarından həm görüşdə, həm də davranışda fərqlənən qara paltarlı qadınlar diqqətimi cəlb etdi. Artur əlində içi şərabla dolu bakal ayağa qalxıb növbəti nitqini irad edəndə hər şey aydın oldu. Bu qadınların övladları müharibədə itkin düşmüşdülər. Onları banketə dəvət etmək Arturun ideyası idi. Banketdə iştirak edənlərin sifəti Arturun nitqi zamanı dəyişdi. Hər kəs özünü bacardığı qədər kədərli göstərməyə çalışırdı. Banket iştirakçıları övladları müharibədə itkin düşmüş qadınların dərdinə şərik olduqlarını bu süni kədərlə göstərməyə çalışırdılar. Banket iştirakçıları övladları müharibədə itkin düşmüş qadınların dərdinə şərik oduqlarını bu süni kədərlə göstərməyə çalışırdılar. Oxumağa davam et

Advertisements

Aprel 23, 2011 Posted by | Düşüncə | 1 Şərh

“1”-in fəlsəfəsi

1+”0″=10=100 “Media Hüququ İnstitutu”nda təlim zamanı Media Hüququ üzrə ekspert Ələsgər Məmmədli tələbəlik illərində qazandığı bir bilgini bölüşdü: Müəllimimiz auditoriyaya daxil olaraq lövhədə “1” çəkdi və sual verdi: Bu nədir? Hamı düşünmədən: Bu birdir! Müəllimimiz: Bu fərddir.  Daha sonra 1-in yanına “0” yazıb bu bilgidir-dedi. 1 şəxs bilgili olarsa, 10 olar. 10 “100” keyfiyyət qazandırır. “1”-in (fərdin) şəxsiyyəti yoxdursa, bu zaman 10-dakı “0” düşər, 0 bilgi isə 100-ü heç edər.

Aprel 16, 2011 Posted by | Uncategorized | Bir şərh yazın

“Asfaltçı” nəğmələri: Dilləmə

Abşeron çökür
Yollar pul sökür
Başda dik bitən
Güllər tər tökür

Əl vurma çökər
Partdadı təkər
Cibində pul yox
Neynəsin nökər? Oxumağa davam et

Aprel 15, 2011 Posted by | Şeri-biədəb | Bir şərh yazın

Qəzet alunnnn…. Qəzet alunnnn….

Qəzet alunnnn… Qəzet alunnnn…. Şah bu gün öz əllamə üllaməsi ilə Firəngistandan gələcək firəngləri qarşılayacaq. Şəhərin tinlərində toplu şəkildə yürüş edənlərin üstünə qoçu dəstələri buraxılacaq. Novruz bayramı qabağı musurman toyuqlarının yumurtaları auksiona çıxarılacaq. Qəzettt alunnnn…. Qəzet alunnnn….

Aprlein 1-dünya gülüş gününü qeyd edərkən, biz də bir qrup gənc Azad Gənclik təşkilatının təşəbbüsü ilə “MALAKAN” bağında qəzet aksiyamızı keçirdik. Məqsəd qəzet oxuma mədəniyyətini təbliğ etmək və əlimizdəki qəzetləri şəhər sakinlərindən bir qisminə paylamaq idi. Oxumağa davam et

Aprel 3, 2011 Posted by | Uncategorized | 2 Şərh

   

%d bloqqer bunu bəyənir: