Baki Nagili's Blog

Əlvan, yoxsa qara gənclik … Sizi də qovurlar?!

Abbas Atilayın Gənclərin etiraz aksiyasından

Tələbələri müxtəlif tədbirlərə dəvət edəndə əksəriyyətinin “qızlar olacaq?” (ya da əksinə) verdiyi sual əvəzinə bu sualla daha çox qarşılaşırsan: Siyasidir? Hansı partiyadır?

Sualın bu formaya düşməsi nədən qaynaqlanır: Ötən ilki (7 noyabr 2010) parlament seçkilərində hakim və ona yaxın partiyaları təmsil edən gəncləri çıxmaqla əksər tələbə gənclərə universitetlərindən hədə-qorxular gəlinmişdi. Seçki prosesinin “ədalətli” keçirilməsinə maneçilik törətməsinlər deyə. Hətta tələbə dostlarımdan birinə də müşahidəçi yoldaşı olan yaşlı bir kişi “çox özünü öldürmə, bilirəm harda təhsil alırsan” deyərək onsuzda yeni ürəklənib gələn gənci bizləyərək addımını geri atmağa məcbur etmişdi.

2 fevral Gənclər günündə YAP cah-cəlallı şəkildə Qəbələdə gənclərlə görüşündə qeyd etdi və mən də 2×2=4 kimi bu frazanı əzbərlədim: “Gənclər siyasi-ictimai fəaliyyətdə aktiv olmalıdır”. İkinci hissəni kənara qoyub siyasi fəaliyyətdə aktiv olan gənclərə baxaq: Bloglarında sosial problemlərdən tutmuş hakim dairəni böyük qəbahətlərinə qədər tənqid edən gənclər və bu gənclərə olunan təhdidlər.

11 Mart hadisələrində iştirak edən iki tələbə Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiaysından qovulduğunu eşitdim. Adına baxanda məlum olur ki, qarşı çıxmaq və nəticədə qovulmamaq qeyri-mümkündür.  Nida Gənclər Hərəkatının üzvü, blogger Etibar Salmanlı da bir sıra təhdidlərlə üzləşir. Məsələn, o deyir ki, son hadisələrdən sonra yaşadığım ərazinin polisləri məni “sevməyə” başlayıblar. Artıq mən 2 “cangüdən”dən istifadə edirəm. Bu yaxınlarda blogunda millət vəkili Ceyhun Osmanlını begemot adlandırdığına görə onun tərəfindən telefonla hədələndiyini də bildirdi. Qəribədir, facebook səhifəsində küçədə qaçan xalqını begemot adlandıran bir millət vəkilinin özünün begemot adlandırılması niyə onu narahat edir görən?

Biz siyasi, sosial, əyləncə və s. məqsədlə küçəyə yığılanda qrup halında dağıdıldığımızın az şahidi olmamışıq. Birinci halı sadaladım, ikincisi bizim əlillərin pandus problemi ilə  bağlı keçirdiyimiz aksiyada bölməyə aparılaraq plakatlarımızın cırılması, üçünsü də bir qrup flaşmobçu gəncin Maykl Cekson flaşmobunun yarıda saxlanılması idi.

Gənclərə niyə təhdid olunur? sualına qısa cavab: Diri gənclik əlvan rənglər içərisində yaşayan gənclikdir.  Əzizlərim, “demokratik” ölkələrdə müdirin ayaqqabısının ucunu tapladalayana, Siyasət fakültəsində oxuyub özü müstəqil fikir yürüdən gəncin istədiyi partiayaya üzv olmasına da, qoca proffessoru arxada qoyub yeni tərcümə-araşdırmalar edən gənc tələbənin kitabına barmaq basılması hallarına təsadüf etmək normaldır. Ancaq bu normallıq rəngli həyata qara yaxan bir fırçadır. Vaxtında rəngli boyalarınızı qurumağa qoymayın ki, sonra qaraları əlvanlaşdırmaq çətin olmasın.

Mart 25, 2011 Posted by | Düşüncə, Uncategorized | 2 Şərh