Baki Nagili's Blog

Xırda baxış

Hinə girəndə gözlərin dörd olurdu. Görəsən bu dəfə sən qabaq düşəcəksən, yoxsa siçovul? Dava yumurta davası idi. Ancaq bu dəfə hakimiyyət qabağa düşmək istədi. 30 qəpiklik yumurtalar 15 qəpiyə endirildi. Və heç bir yeri qalxmayan yumurta haqqında cinayət işi açıldı. Görəsən proseduranın gedişatı zamanı hakimlər və ya baş prokuror bu məşhur suala cavab tapa biləcəkmi: Yumurtamı əvvəl yaranıb, yoxsa toyuq?

♠      ♣      ♠

Gənclərin gizli həbsləri və ya təmizlənmə…

Cabbar Savalan-AXC Gənclər Təşkilatının fəallarından  olan bu gənci fervralın 5-də Sumqayıt polisi cibində narkotik maddəsi ittihamı və bu maddənin tüstüsündən zəhərlənmiş beynini təmizləmə məqsədilə həbs edib. Savalanın cibindəkiləri təmizləmək məqsədilə onu cəmiyyətdən təcrid etmiş bizim asayiş qoruyucuları nədənsə öz ciblərinə əllərini salmaqdan çəkinirlər.

Dəyanət Babayev  bu arada internet klubdan İO KİO babanın sehri ilə yoxa çıxarılmasından sonra məsələ bir az da qəlizləşdi. Deməli, artıq nə isə başlanılırdı. Daha sonra teleefirin bar-bar bağırdığı hərbi xidmətdən yayınma maddəsilə ittiham olunub həbs edilən Bəxtiyar Hacıyev, şəhərdə qarapaltarlıların gəliş gedişinə maneçilik yaradan Rəşadət Axundov və ardıcıl olaraq şəhərin dincliyini, boz sükutunu pozan gənclərin həbsləri. Qara həyat rəngli gəncliyi qəbul etmək istəmir.

♠      ♣      ♠

Və… Həyəcanla Azər Cırtdanın gəlib Bakıda konsert verəcəyi günü gözləyirdim. Sırf “Divar”a görə. O  gün gəldi, o da gəldi. Ancaq deyəsən, kimlərisə divarların söküləbiləcəyi narahat etməyə başladı. Martın 18-ə planlaşdırılmış və girişi 4.99 qəpiyə başa gələcək Rok Konsert təxirə salındı. Daha doğrusu Bakıda Azər Cırttan Məmmədovun konsertinə qadağa qoyuldu. Konsertə iki saat qalmış Bakı Rok Klubunun adminstrasiyasından bildirildi ki, Prezident Aparatından bura zəng vurulub və deyilib ki burda konsert verilməsi qadağandı. Musiqinin gücündən mi bu qədər qorxulur, yoxsa … Nədənsə yadıma Viktor Soy düşdü.



Mart 20, 2011 - Posted by | Uncategorized | , , ,

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma