Baki Nagili's Blog

Əlvan, yoxsa qara gənclik … Sizi də qovurlar?!

Abbas Atilayın Gənclərin etiraz aksiyasından

Tələbələri müxtəlif tədbirlərə dəvət edəndə əksəriyyətinin “qızlar olacaq?” (ya da əksinə) verdiyi sual əvəzinə bu sualla daha çox qarşılaşırsan: Siyasidir? Hansı partiyadır?

Sualın bu formaya düşməsi nədən qaynaqlanır: Ötən ilki (7 noyabr 2010) parlament seçkilərində hakim və ona yaxın partiyaları təmsil edən gəncləri çıxmaqla əksər tələbə gənclərə universitetlərindən hədə-qorxular gəlinmişdi. Seçki prosesinin “ədalətli” keçirilməsinə maneçilik törətməsinlər deyə. Hətta tələbə dostlarımdan birinə də müşahidəçi yoldaşı olan yaşlı bir kişi “çox özünü öldürmə, bilirəm harda təhsil alırsan” deyərək onsuzda yeni ürəklənib gələn gənci bizləyərək addımını geri atmağa məcbur etmişdi.

2 fevral Gənclər günündə YAP cah-cəlallı şəkildə Qəbələdə gənclərlə görüşündə qeyd etdi və mən də 2×2=4 kimi bu frazanı əzbərlədim: “Gənclər siyasi-ictimai fəaliyyətdə aktiv olmalıdır”. İkinci hissəni kənara qoyub siyasi fəaliyyətdə aktiv olan gənclərə baxaq: Bloglarında sosial problemlərdən tutmuş hakim dairəni böyük qəbahətlərinə qədər tənqid edən gənclər və bu gənclərə olunan təhdidlər.

11 Mart hadisələrində iştirak edən iki tələbə Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiaysından qovulduğunu eşitdim. Adına baxanda məlum olur ki, qarşı çıxmaq və nəticədə qovulmamaq qeyri-mümkündür.  Nida Gənclər Hərəkatının üzvü, blogger Etibar Salmanlı da bir sıra təhdidlərlə üzləşir. Məsələn, o deyir ki, son hadisələrdən sonra yaşadığım ərazinin polisləri məni “sevməyə” başlayıblar. Artıq mən 2 “cangüdən”dən istifadə edirəm. Bu yaxınlarda blogunda millət vəkili Ceyhun Osmanlını begemot adlandırdığına görə onun tərəfindən telefonla hədələndiyini də bildirdi. Qəribədir, facebook səhifəsində küçədə qaçan xalqını begemot adlandıran bir millət vəkilinin özünün begemot adlandırılması niyə onu narahat edir görən?

Biz siyasi, sosial, əyləncə və s. məqsədlə küçəyə yığılanda qrup halında dağıdıldığımızın az şahidi olmamışıq. Birinci halı sadaladım, ikincisi bizim əlillərin pandus problemi ilə  bağlı keçirdiyimiz aksiyada bölməyə aparılaraq plakatlarımızın cırılması, üçünsü də bir qrup flaşmobçu gəncin Maykl Cekson flaşmobunun yarıda saxlanılması idi.

Gənclərə niyə təhdid olunur? sualına qısa cavab: Diri gənclik əlvan rənglər içərisində yaşayan gənclikdir.  Əzizlərim, “demokratik” ölkələrdə müdirin ayaqqabısının ucunu tapladalayana, Siyasət fakültəsində oxuyub özü müstəqil fikir yürüdən gəncin istədiyi partiayaya üzv olmasına da, qoca proffessoru arxada qoyub yeni tərcümə-araşdırmalar edən gənc tələbənin kitabına barmaq basılması hallarına təsadüf etmək normaldır. Ancaq bu normallıq rəngli həyata qara yaxan bir fırçadır. Vaxtında rəngli boyalarınızı qurumağa qoymayın ki, sonra qaraları əlvanlaşdırmaq çətin olmasın.

Mart 25, 2011 Posted by | Düşüncə, Uncategorized | 2 Şərh

Xırda baxış

Hinə girəndə gözlərin dörd olurdu. Görəsən bu dəfə sən qabaq düşəcəksən, yoxsa siçovul? Dava yumurta davası idi. Ancaq bu dəfə hakimiyyət qabağa düşmək istədi. 30 qəpiklik yumurtalar 15 qəpiyə endirildi. Və heç bir yeri qalxmayan yumurta haqqında cinayət işi açıldı. Görəsən proseduranın gedişatı zamanı hakimlər və ya baş prokuror bu məşhur suala cavab tapa biləcəkmi: Yumurtamı əvvəl yaranıb, yoxsa toyuq? Oxumağa davam et

Mart 20, 2011 Posted by | Uncategorized | , , , | Bir şərh yazın

Fransız yuxusu

Mirel Metyu oxuyur.

Toi Et Moi -Sən və mən

Səsinin ahəngində xəyalında bir dünya yaranr. Fransız musiqisi və gözəlliyini təsvir edəməyəcəyin azadbir dünya. Yaşıl otlar, mavi səma, əlvan güllər, günəş şəfəqləri altında üzümüzlə oynayan narın yağış və…. əliniz daim pul kisəsində, manatlıqları sayırsız. Ağzınızda siqaret ayaqlar altına atırsız. Kimsəsiz uşaqların adında pul alırsız. Satırsız… Siz söz satırsız. Bəzən qadın satırsız. Bəzən adamın özünü satırsız. Yumurtaları da baha satırdınız. Siz şərəfi satırsız. Siz boş kəslərə satılırsız. Satıldıqca boşalırsınız. Siz çox vaxt məni və “Mən”i satırsız. Oxumağa davam et

Mart 10, 2011 Posted by | Düşüncə | | Bir şərh yazın

Qırmızı… Qırmızıtəhər… Sifət

Adam gərək nə qədər vicdansız və qırmızısifət ola ki, durub sujet hazırlaya və deyə ki, hərbi xidmətə getmədiyinə görə Bəxtiyar Hacıyev həbs olunub və buna siyasi don geydirilir. İzlədiyimiz 24 saat ərzində zöhrə ulduzu bəxtinə parlayanda 1 ya 2 nastoyaşi tarixi sənədli filmə rast gələrsən ya gəlməzsən bizim bu gülməşəkər teleməkanda. Əlbəttə qınamaq olmaz. Axı neyniyəsən ki, kameranın baş-aşağı tutulması belə cənabi həqqi-başdandır. Sadəcə internet aləmindən uzaq və teleməkanın cinayət və şou verilişlərinə qapanmış beyinlər səbəb soruşmadan ittihama hazırdılar. Hazırda fotoqrafçının etikası haqqında oxuduğum kitabda belə bir şey keçir.  Bəzi fotqrafçılar insanların adi həyat tərzlərini obyektivlərinə həkk etməkdənsə onları qeyri-adi hallarda yaxalamağa çalışır. Nə insan haqqlarını nəzərə alar, nə də birinin gələcək taleyini… ATV, LİDER….blya, blya havadan tutduğu milçəyin vızıltısına oynayıblar sanki. Asta qaçan namərddir. Hadi bə oğlum bir sujet də biz yapalım: Niyə bu gün nazir uşaqları əsgər getmir? Niyə “kazarma”ya bu qapıdan daxil olan tuşonka o biri qapıdan yaxınlıqdakı mağazaya ötürülür? Niyə 7 əsgər birdən ölür? Niyə ermənilərin soyadının sonu YAN-la bitir? və niyəəə… niyə…. Ətrafımız mənasız niyələr və onları soranlarla dolu. Əfəndilər. Barıtı çox qoymaq lazım. Əgər YAP öz iclasında çıxıb deyirsə ki, Azərbaycan gənci siyasi, ictimai fəaliyyətdə aktiv olmalıdır və bunun ardından iki-üç ay sonra gənc deputat statusunda xalqı qaçan begemota bənzədirsə sual edən lazım: Ay begemot qırığı, niyə yazıdğını silirsən?

Gəlin başımızı cəncələ soxmayaq. Dəvəquşunun başı torpaqda olduqca quyruğundakı tükləri yolarlar.

Mart 7, 2011 Posted by | Düşüncə, Uncategorized | Bir şərh yazın