Baki Nagili's Blog

Barmaq hesabı

Maraqlıdır-görəsən bizdə illik yeyintilər necə hesablanır? Yaxşısını VG-vurub götürənlər bilər. Rəhmetdiy nenəm diyərdi ki …..

Bir kişinin yüz qoyunu var idi. Bir ilin müddətində qoyunları bir çobana tapşırır. Çoban il tamam olanacan qoyunların başına daş salır. Yüz qoyundan biri qalır. Onun da başını kəsib, ətini yedikdən sonra dərisini çiyninə salıb qoyun sahibinin yanına gəlir. Qoyun sahibi çobanı görcək sevinir. Yüz qoyunun indi 150 olduğunu düşünür. Çobanı gülər üzlə qəbul edib, hesab istəyir. Çoban isə belə hesab verməyə başlayır: Oxumağa davam et
Advertisements

Yanvar 17, 2011 Posted by | Uncategorized | Bir şərh yazın

Neft fontan vuranda, boşalan yerdən qaz çıxar!-papalar sözü

İlk çığır-bağır burdan gəldi. Deyəsən bizimkilərin xəbəri yox idi ki, əli silah tutan kişilər əllərində aftava-ləyən “benzinkalonka”lara qaçırlar. One minute. Lenti arxaya fırladaq. Düz XIX əsrin II yarısında Bakıda neft fontan vuranda xarici Nobeldən, Rotşilddən (bunlar hələ əkələr idi, bikələrin adını çəkmirəm) qabaq öz kəndçilərimiz
əllərində cır-cındır əskilərlə gəlib yerli ağaların neft buruqları yanındakı quyulardan neftin püskürmədən sonrakı qalıqlarını yığırdılar. Əski parçalarındakı neft qırıntıları o evin çörək pulusu idi. Ağayi-əcnəbilər və yerli ağalar neftdən pul qırxanda heç olmasa kşilikləri çatıb, şadlıq evi, qız məktəbi tikərdilər. Di gəl ki, lenti XIX əsrə fırladanda görürsən ki, hər metrəsi bir qırmızı lentə kəsilən kəsilən asfalt yolun canında susuz səhranın günəşdən cadar-cadar olmuş siması var. Amma tarif şurasının heç vaxt qiymət qalxmasından xəbəri olmur. Oxumağa davam et

Yanvar 9, 2011 Posted by | Uncategorized | Bir şərh yazın

Dırnaqlar üzərindəki rənli dünya-Nail Art

Onunla uşaq evinə kitab oxumağa gedəndə tanış olduq. Dırnaqlarında qəribə personajlar, dırnaq ucunda zəncir. Düşündüm ki, bütün bunlar uşaqların diqqətini oxumaqdan ayıracaq. Deyəsən, özü də mənim kimi fikirləşirdi. Uşaqlarla oxuyub müzakirə edəcəyimiz hekayə C.Məmmədquluzadənin “Saqqallı uşağ”ı idi. Hekayədəki divara çizilən cızıqların günümüzdəki nümunəsini göstərməyi uşaqlardan istədik. Onlar bunu indi divarlarda yazılan sayt adları, rəngli boyalarla çəkilən müxtəlif şəkillərlə müqayisə etdilər. Və bu zaman… Oxumağa davam et

Yanvar 1, 2011 Posted by | Uncategorized | Bir şərh yazın