Baki Nagili's Blog

Bizi sosiallaşdıranlar

>

İs Google The GOD? Not Google, but You, after browsing it!
Sən öz virtual dünyanın yaradıcısan!
“Time” jurnalının müsabiqə şəkillərindən birinə rastladım. “Person of the Year-YOU”-(Ilin şəxsiyyəti-Sənsən!) başlıqlı bir şəkil və sizi qalibiyyətə səsləyən bir başlıq.
Bu gün dünyada hər kəs yazıçıdır. Hər kəs öz mövqeyinin yaradıcısıdır. Hər kəs istifadəçisi olduğu sosial şəbəkədə yazır, yazdığına məsul olur, fikirlərini sözlərdə əks etdirərək bölüşür. Sosial şəbəkələr insanları kəşflərə cürətləndirir. Biz etiraf etməsək də, zamana tabe oluruq. Biz zamanın insanları ilə ayaqlaşmaq üçün ilk öncə zamanımızın insan olmalıyıq. Bunun üçün online mövcudluğumuzu yaratmalıyıq. İstəsək də, istəməsək də… Virtual dünyada mövcudluğumuzu yaratmaq üçün online var olmalıyıq.Bloq bizə nə verir?

Bu gün bloqlar bizim hər kəsə açıq olan fikirlərimizdir. Bloqçuluq bizi sosiallaşdırır. Bloqa mövzu yazmaq üçün daim axtarışda olursan. Maraqlı, qeyri-adi hadisələrin ilk yayımlayıcısı olmaq həvəsi yaranır səndə. Daha sonra insanları oyatmaq, maarifləndirmək, düşündürmək, müzakirələrə sövq etmək və….. insanlara uyğun şaxələnən nüanslar.

Sosial şəbəkələr nə qədər sosiallaşdırır?
Zükkerberqin “Facebook”u hər kəsi ağuşuna alacaq bir şəbəkədir. Bermud üçbucağının maqnit qüvvəsi kimi hər bir nəfərin arxaıyca 3,4,5 insan bu şəbəkəyə qoşulur. Deyilənə görə sosial şəbəkələrin çox işlədiyi yerə hökümət müdaxilə edə bilməz. Nəzərə alsaq ki, facebookda xəbər sürətlə ötürülür, demək, bu doğrudan da belədir. Bəzi insanlar sosial şəbəkələrdən yaxın ətrafları ilə daimi əlaqə saxlamaq üçün istifadə edir. Bir sıra tələbələr imtahan və dərsləri birinə elətdirib, miniylə bölüşür ))
Hələ bu şəbəkələrdən siyasi statusları üçün istifadə edənləri demirəm. Bəzi dövlətlərin sırf özünəməxsus sosial şəbəkələri var ki, dövlət daxilində belə nəzarətdə saxlanılır. Bunlara İran, ÇinVytenamın sosial şəbəkələrini misal göstərmək olar.
Təlimlərdən birində trener litvalı siyasətçi Juras Pozela sosial şəbəkənin əhəmiyyətini Makkeyn-Obama məsələsi üzərində izah etdi: “Makkeyn sosial şəbəkənin əhəmiyyətini tam dərk etməsə də, bunun əksinə Obama üçün bu uğurlu vasitə oldu. Obama Amerika tarixində ilk qara dərili prezident kimi deyil, daha çox ilk facebook prezidenti kimi məşhurlaşdı”.
Ancaq bu gün etiraf etmək lazımdır ki, sosial şəbəkələrin gücü bir dövlətin idarəci gücündən daha yüksək ola bilər və elə deyəsən belədirdə!

Dekabr 10, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma