Baki Nagili's Blog

Hüquqlarımızı tapdalamamaq üçün…

Al baltanı, qır xaltanı

İnsan kimi ayaq üstə

Qaldır artıq yatanı
İnsan hüquqları günü-bunun tarixi haqqında Azər Aydının blogundan onun fikirlərinin də əhatə olunduğu yazı oxuya bilərsiniz. Sadəcə məni təsirləndirən bir nüansı qeyd edim. Böyük Britaniyadakı Tələbə Tətilləri (p.s. Bu daha məntiqlidir) bir ölkə gənclərinin öz hüquqlarını müdafiə uğrunda mübarizəyə qalxması, etiraz etmək üçün birləşmələri bizim ev-“dərs”-çayxana marşrutundan çıxmayan bəzi gənclərimizin heç olmasa tükünü tərpətdimi?
Oxumağa davam et
Advertisements

Dekabr 11, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Bizi sosiallaşdıranlar

>

İs Google The GOD? Not Google, but You, after browsing it!
Sən öz virtual dünyanın yaradıcısan!
“Time” jurnalının müsabiqə şəkillərindən birinə rastladım. “Person of the Year-YOU”-(Ilin şəxsiyyəti-Sənsən!) başlıqlı bir şəkil və sizi qalibiyyətə səsləyən bir başlıq.
Bu gün dünyada hər kəs yazıçıdır. Hər kəs öz mövqeyinin yaradıcısıdır. Hər kəs istifadəçisi olduğu sosial şəbəkədə yazır, yazdığına məsul olur, fikirlərini sözlərdə əks etdirərək bölüşür. Sosial şəbəkələr insanları kəşflərə cürətləndirir. Biz etiraf etməsək də, zamana tabe oluruq. Biz zamanın insanları ilə ayaqlaşmaq üçün ilk öncə zamanımızın insan olmalıyıq. Bunun üçün online mövcudluğumuzu yaratmalıyıq. İstəsək də, istəməsək də… Virtual dünyada mövcudluğumuzu yaratmaq üçün online var olmalıyıq. Oxumağa davam et

Dekabr 10, 2010 Posted by | Uncategorized | Bir şərh yazın