Baki Nagili's Blog

1984-Qaranlığın var olmadığı yerdə görüşəcəyik!

George Orwellin “1984”-dəki bu cümlə nədənsə daha üsyankar səslənir:
“İnqilaba xəyanət edildi!”
Böyük Rusiya İnqilabına inanan və özünü Torskinin heyranlarından sayan Orvelli “1984” qaranlığına itələyən də sonunda sarsılan inamı oldu.  İspaniya vətəndaş müharibəsi dövründə Stalin tərəfdarlarının Troskilərə qarşı mövqeyi onun ümidlərinə son qoydu. Gələcəyə olan ümidlərinə. Orvellin “1984”də gəzdikcə onun bunu roman olaraq yox, vəsiyyətnamə kimi yazdığını anlayırsan. “1984”-ün bəzi günlərindən qısa parçalar……Partiyanın davamlılığı Düşüncə Polisindən çox bir cürə özünü ona həsr etmiş, hər şeyi sorğu-sualsız qəbul edən insanlarla bağlı idi.
Vinston ayaqlarından budlarına qədər ağrı dalğaları göndərən və tez-tez öskürməsinə səbəb olan bu hərəkətdən nifrət edirdi. Daldığı düşüncələr dadını itirdi. Keçmiş, deyə düşündü yalnız dəyişdirilməklə qalmadı, yox edildi. Özünüzün qeydləriniz xaricində başqa bir şey yoxsa ən qaynar hadisələri belə necə qiymətləndirə bilərsiniz? Böyük Qardaş (Big Brother) adını ilk dəfə nə vaxt eşitdiyini xatırlamağa çalışdı. 60-cı illərdə olmalı idi. Əlbəttə, Partiya sənədlərində ilk günlərdən bu yana İnqilabın tək öndəri və qoruyucusu kimi göstərilirdi… Vinston partiyanın hansı tarixdə ortaya çıxdığını belə xatırlamırdı. 1960-cı ildən bu yana İNGSOS sözünü heç eşitməmişdi, amma onun əvvəllər İngilis Sosializmi sözündən olma ehtmalı vardı. Hər şey dumanlar içində itirdi. Bəzən hansısa yalanı tuta bilərdiniz. Məsələn partiyanın tarix kitablarında təyyarələrin partiya tərəfindən icad olunduğu yazılırdı. Amma o uşaqlığından təyyarələrin mövcud olduğunu bilirdi. Amma heç bir şeyi sübut edə bilməzdiniz. Çünki əldə sübutlar üçün dəlil yox idi. Bütün həyatı boyu bir dəfə tarixi hadisələrin yalanlılığını üzə çıxaracaq tək bir dəlil düşmüşdü əlinə. O zaman da…
Proletarlar nəzarətsiz buraxıldıqları zaman Argentinaın ovalarında dolaşan sığırlar kimi ənənəvi saydıqları bir həyat tərzi sürərlər. Doğarlar, küçələrdə böyüyərlər, 12 yaşından işə getməyə başlayardılar. Qısa bir cinsilik və gözəllik dövründən keçib 20 yaşında evlənərlər, 30 yaşında orta yaşlı olarlar və orta hesabla 60 yaşında ölərdilər. Ağır bir iş həyatı, ev və uşaq problemləri, qonşularla kiçik və boş mübahisələr, kino, futbol, hər şeydən önəmlisi qumarla beyinlərini doldurardılar. Onları idarə etmək çətin deyildi…
Vinston izah etməyə çalışdı: “Bu fərqli vəziyyətdir. Mövzu təkcə birinin öldürülməsi deyil. Keçmişin yox edildiyini hiss etmirsinizmi? Əgər keçmiş yaşayırsa, ancaq bu girdə şüşə cam kimi heç bir işə yaramaz, unudulmuş xatirələrdə qalar. Hələ indidən İnqilab və İnqilabdan əvvəlki günlər haqqındakı bilgimiz sıfırdır. Bütün qaynaqlar yox edildi və ya dəyişdirildi, hər bir kitab başdan yazıldı, hər rəsim yenidən çəkildi, hər heykələ, küçəyə yeni adlar verildi, tarix dəyişdirildi. Və bu iş günün hər dəqiqəsində eynilə davam edir. Tarix dayandı. Partiyanın hər an haqlı göründüyü bu andan başqa bir şey qalmadı. Mən keçmişin dəyişdirildiyini bilirəm, amma dəyişikliyi özüm etdiyim zaman belə bunu təsdiqləməm mümkün deyil. Bir şey edildikdən sonra heç bir əlamət, sübut saxlanılmır. Tək əsas öz başımın içində, amma düşüncələrimi bölüşəcəyim başqa birinin mövcudluğundan da əmin ola bilmirəm. Həyatım boyunca yalnız bir dəfə əlimə əsas keçmişdi. Hadisə baş verəndən illər sonra….
Nəticəsiz və ümidsiz yaşamağa alışmağımız lazımdır. Bir müddət iş gödükdən sonra ələ keçəcək, etiraf edəcək və sonra öləcəyik. Görə biləcəyimiz tək nəticə bu olacaqdır. Sizin yaşadığınız müddətdə hər hansı bir dəyişiklik olmayacaqdır. Bizlər ölüyük. Gerçək tək həyatımız gələcəkdədir. Onun var olmasında bizlər sümük parçalarıyıq. Gələcəyin nə qədər uzaqda olduğunu bilmirik. Bəlkə min il sonradır. İndi düşünən insanların sayını az-az da olsa artırmaqdan başqa edə biləcəyimiz bir şey yoxdur. Kollektiv iş görməmiz mümkün deyil. Bunun üçün bilgimizi fərddən fərdə ötürə bilərik. Düçüncə Polisinin varlığı bizi buna vadar edir.

Kahrolsun büyük Berader!

Advertisements

Noyabr 27, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma