Baki Nagili's Blog

Seçməyən seçicilərin seçilmiş SEÇİMİ

Mən Vətən xainiyəm!

Bəli! Hansı axmaq səhər saat 6.30-dan müşahidə edəcəyi məntəqənin qarşısını kəsdirib gözləyər ki, gəlmişəm bülletenləri saymağa. Ay-hay. Zibili zibilliyə vızılladanda səninlə hesablaşmayan seçki komissiya sədri əlbəttə bülletenləri gətirib sənin qarşında çin-çin yığmayacaqdı ki…
Yerli müşahidəçi vicdanı çərçivəsində seçkiyə hazırlıq, seçkinin gedişatı və seçkinin bitiş mərasimlərini izləyib müşahidə və nəticələri hesabat şəklində xalq deyilən kütləyə çatdırmalıdır. Xalqı təhqir etmək fikrində deyiləm. Amma xalqa təhsil verən bəzi müşahidəçi “müəllimlər”in 7 nəslini söymək lazımdır. Nəyə görə məhz müəllim?!Hamam hamam içində
Xəlbir saman içində
Dövə dəlləklik edər
Köhnə hamam içində
Məhz bəzi akademiyanın bəzi müəllim kollektivi kollektiv şəkildə topa halda bülleten atan seçicini tutmuş müşahidəçi haqqında tərtib edilmiş akta vicdanlarının üstündən nəcisli ayaqqablarla keçərək İMZA atdılar. (Müəllimimiz həmişə deyirdi ki, nə qədər uzun cümlə yazsaz o qədər savadlı təsiri bağışlayarsız).
Əslində parlament seçkilərində artıq hər kəsin adı Milli Məclisdə öz kreslosunun altına pərçimlənmişdi. Sadəcə dünya ictimaiyyətinə Xəzəri belə dalğalanmayan ölkədə həyat olduğunu bildirmək üçün SEÇKİ tamaşası səhnəyə qoyuldu.
Neftçilər metrosu yaxınlığında yaşayan Dilarə arvad deyir ki, ay bala bu tüllab uşağı nöşün bizim binanın qapısını deyişib kodlu dəmir qapı qoyub? Biz kasıb-kusubun oğranmalı bir tumanı var, ona heç nazir arvadı nədi, dilənçi də tamah salmaz.
Görürsən Dilrə xala, sənin qapıvı koddadılar ki, pəncərədən baxan qonşular gedib səs versinlər. Amma düşünmədilər ki, 70 yaşında arvadın sabah huşu başından çıxıb kodu unutsa qalacaq bayırda. Sonra o səs verdiyi namizəd gəlib qapını açsın görüm necə açır. Yəqin liftsiz 5-ci mərtəbənin 6-cı mərtəbəsinə də arvadı qucağında aparar.
Həəə…. Müşahidəçisi olduğum seçki prossesindən bir əhvalatı da danışım. Qutuların möhürü qırılıb bülletenlərin qiymətini itirmiş qiymətli kağızlar kimi stol üstünə səpələndiyi momentdə seçki komissiya sədri, katibi və komissiya üzvləri tələsik daraşdılar bülletenlərə. Əlləri əsə-əsə bir-birinin qabırğasına girmiş bülletenləri yerbəyer edib ayırdılar. Ahaaa. İkinci qutunun möhürü açılmağa başlar başlamaz ac pişik ətə marıtdayan kimi biz də qutunu marıtdadıq. Bülletenlər səpələndi. Təbii ki, heç kimi yaxına qoymurdular. Bircə ürkünüb çəkindikləri Fransız müşahidəçi Jeromdan başqa. Jerom gözünə döndüyüm barmağını uzadıb həyəcanla bülletenləri ayıran komissiya sədrinə işarə etdi ki, 5-i bir-birinin qabırğasındadır. Yəni lümi jüje pasilöğ. Nə olsun?
Əgər komissiya sədrinin şəxsi biznesi olmasa idi və o hər gün satdıqlarının haqq hesabını hesablaya bilməsəydi, yəqin indi də “kalkulyator” qabağında topa-topa atdığı bülletenləri paylaşdıra bilmirdi.
Nəticə isə belə idi:
Baloppa-9 səs
Ağoppa-5 səs
Mirzoppa-1 səs
Atoppa-55 səs
Vurtoppa-566 səs.
Mən səsimi verəcək adam tapmadım yaşadığım bölgədən. Səsimi saxladım. Sözümdə qalıram. Sülhə səs verəcəyəm. Hələlik isə mən Vətən xainiyəm. Satmağa heç nəyi qalmayan Vətən xaini.

Noyabr 11, 2010 - Posted by | Uncategorized

1 Şərh »

  1. >men de sesvermede istirak etmedim, secki adlanan teatrin fiquru olmaqdan imtina etdim. Murad M.

    Şərh tərəfindən Anonymous | Noyabr 11, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma