Baki Nagili's Blog

1984-Qaranlığın var olmadığı yerdə görüşəcəyik!

George Orwellin “1984”-dəki bu cümlə nədənsə daha üsyankar səslənir:
“İnqilaba xəyanət edildi!”
Böyük Rusiya İnqilabına inanan və özünü Torskinin heyranlarından sayan Orvelli “1984” qaranlığına itələyən də sonunda sarsılan inamı oldu.  İspaniya vətəndaş müharibəsi dövründə Stalin tərəfdarlarının Troskilərə qarşı mövqeyi onun ümidlərinə son qoydu. Gələcəyə olan ümidlərinə. Orvellin “1984”də gəzdikcə onun bunu roman olaraq yox, vəsiyyətnamə kimi yazdığını anlayırsan. “1984”-ün bəzi günlərindən qısa parçalar… Oxumağa davam et

Advertisements

Noyabr 27, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Seçməyən seçicilərin seçilmiş SEÇİMİ

Mən Vətən xainiyəm!

Bəli! Hansı axmaq səhər saat 6.30-dan müşahidə edəcəyi məntəqənin qarşısını kəsdirib gözləyər ki, gəlmişəm bülletenləri saymağa. Ay-hay. Zibili zibilliyə vızılladanda səninlə hesablaşmayan seçki komissiya sədri əlbəttə bülletenləri gətirib sənin qarşında çin-çin yığmayacaqdı ki…
Yerli müşahidəçi vicdanı çərçivəsində seçkiyə hazırlıq, seçkinin gedişatı və seçkinin bitiş mərasimlərini izləyib müşahidə və nəticələri hesabat şəklində xalq deyilən kütləyə çatdırmalıdır. Xalqı təhqir etmək fikrində deyiləm. Amma xalqa təhsil verən bəzi müşahidəçi “müəllimlər”in 7 nəslini söymək lazımdır. Nəyə görə məhz müəllim?! Oxumağa davam et

Noyabr 11, 2010 Posted by | Uncategorized | 1 Şərh