Baki Nagili's Blog

Qozqoyandan

Biz varıqsa maraqlı meydan var,

Səs verəcək kimdə ki, imkan var. )) (Meyxana Şoudan)
Uzun çək çevirdən sonra deputatlığa namizədlərin seçki təbliğatı başlayıb. Düzdür, çöldə, bayırda elə də güclü seçki ab-havası hiss olunmur. İTV-nin efirində eşitdiyimə görə əvvəlcə saniyəsi 20 AZN məbləğinə ölçülüb-biçilmiş təbliğat kompaniyası sonradan yad planetlilərin işə qarışması ilə havayı oldu. Yəni namizədlər 4 dəq. ərzində özlərinə pərdəarxası təqdim edə bilərlər. Bilmirəm küçədə nə təbliğat aparılır, insanlara yenidən nə vəd edilir, ayın 7-dəki tamaşanı dördgözlə gözlüyürəm.
Yenidən karusellər işə düşəcək. Karuselə pul töküb, seçkiqabağı özünü təzə salınan nöyütü qurumamış asfalta sürtən bəzi təbliğatçılara vətəndaş kimi demək istəyirəm ki, o havaya buraxdığınız pulları kasıb insanların ehtiyaclarına xərcləsəydiniz insanların illər boyu itmiş inamını şam boyda da olsa alovlandıra bilərdiniz. Amma etmirsiz… Məsələn bölgə var ki, kimin namizəd seçiləcəyi heç qozlarına da deyil. Bağışlayına, bu qoz sözünə görə, boynumuza alaq ki, hələ Zaqatalanın qozu dəyməmiş biz qozdanırıq.
Yazmağıma fikir verməyin, amma “seçkidə səsimlə nə olacaqki?” deyib də keçməyin. Özümüzə hörmət ediriksə, gəlin səsimizi də qoruyaq. Sonra çıxıb deməsinlər ki, məni “seçən” millətin vəkiliyəm, Millət Vəkiliyəm!
Millətin vəkili olmur. Millətə vəkillik etmək də lazım deyil. Sadəcə milləti heç kim aldatmasın. Əgər bizim küçəyə iri, evropeyski zibilqabı qoysalar və boşaltmağın dərdindən üzərinə yazmasalar ki, bura zibil tökənin…. bəlkə bu seçkidən namizədə zibil yeşiyi yar olar.
Əziz seçicilər! Elə seçin ki, sonra deməyəsiz: Bə maaa niyə demiyifsiz ki, Lenin ölüff

Oktyabr 27, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma