Baki Nagili's Blog

Mat qalmış Şah

Kori Evans deyirdi: “Şahmatda qəhrəman yoxdur”.

Burda udan və uduzan var. Və füqurlar yenidən qutuya yığıldıqları zaman bərabərhüquqlu olurmuşlar.  

Bu oyunu atam öyrədib mənə. Hər füqurun adını, şahmat taxtasındakı gediş qaydalarını, topun şahla qalaqurmasını və 4 gözlə oyunun gedişini izləməyi. Düzü hər dəfə məni udanda hirsimdən dırnaqlarımı yeyirdim. Mirzə Fətəli Axundzadə fars dilində yazdığı və kitabxanasında saxladığı “Qamusi-Firuzabadi” adlı kitabının əvvəlinə öz əli ilə köçürdüyü şerində şahmat füqurlarını yaxşı tərif edir:
Biri şah, biri vəzir, ikisi fildir,
İki at və iki qala şaha kəfildir.
İrəlidə gedən piyada ikinci səfdədir,
Atlı və iki (yəni səkkiz xanə) ədədin hər bisi şaha dəlildir.
Bayron deyəndə ki, həyat şahmat üçün çox qısadır, yəqin onu o vaxtı tanınmadığı üçün axmaq hesab edənlər az olmayıb. Əslində biz özümüz həyatın ağlı-qaralı taxtasında bəzən at, bəzən top, bəzən fil oluruq. Gəlin razılaşaq ki, öz real cəmiyyətimizdə şahmatda yalnız 3 füqur oyun oynayır: Piyadaları loru dildə peşka adlandırsaq, deməli peşka gedişi edən ŞAH füquru, özünü şah yerində görən və vəzirin manevrləri ilə oynadılan peşka və birdə özgürlüyünü qoruyub saxlayan, əslində ŞAH olan vəzir. Beyniniz hələ qarışmayıbsa, gedişata davam.
Piyada füqurların arxasında həmişə əsas füqurlar durur. Gedişat ya atla, ya da piyadalardan biri ilə başlanır. Oyunun hədəfində şahı qorumaqla yanaşı, piyadaların rəqib xanadakı əsas füqurların yerinə çatıb namizədliklərini təsdiqləmələri durur. Yəni, vicdanlı piyada deputatlığa namizədliyini verməzsə, yaxşı mənada o peşkaya çevrilir.
Sizə xəbər verim ki, hazırda şahmat taxtamızda gedən oyunda MAT olmayan şah mat halda oyunu izləyir. Öz şahlığını bildirmək üçün qorxa-qorxa, dama-dama ağ xanadan qara xanaya addımlasa da, bilir ki, vəzirin dəstəyilə topluq edən peşkalar onun mat vəziyyətində qalması üçün marıtdayıblar.
Nəsə, mat qalmamış, mən çıxdım aradan At F5=Yenidənqurma /\/\/\/\____ ………


Oktyabr 18, 2010 - Posted by | Uncategorized

1 Şərh »

  1. >brava!

    Şərh tərəfindən Kagizdan Gemiler | Noyabr 12, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma