Baki Nagili's Blog

Panteyanın niskili

Qum saatını yenidən çevirdi. Sürətlə, səssiz axan qum dənəciklərinə baxmaqdan bezmişdi. Burnunu yenə köhnə dolabın taxtalarına yaxınlaşdıraraq nəm iyini ciyərlərinə çəkdi. Bu ona iki əvvəl evlərindəki nəmişliyin iyini xatırladırdı. Qəribə idi. O zaman ona elə gəlirdi ki, onun arxasıyca bir kabus dolaşır. Hər gecə yatağa girdikdə də yanında bir iblisin yatdığını duyurdu. Hər gecə evin divarları dirilirdi. Üstünə gəlirdi və hər gecə beləcə bütün gecələri kimi ümidsizlik içində səhərə doğru gedirdi.Hələ insanlar tərəfindən atılmamışdan onlar üçün mübarizə aparırdı. Amma başa düşmürdü ki, özü də bütün insanlar üçün böyük bir alçaqlıq edir. Birini yıxmaq istəyən yerinə özünü görmək istəyir. Və onu da sadəcə qısqırtmaq üşün sevirlər. İt kimi. Panteya öz gücünü bilirdi. Öz ağlına da əmin idi. Amma bir müddətlik oyunun qurbanı olmuşdu. Hər iki tərəfin ordusu onu nəzarətdə saxlayırdı. Onu sevdiklərini deyirdilər. Və bir gün Panteya bayraqdarı olduğu ordnun bayrağını tulladı. O daha insanlıq üçün heç nə etməyəcəkdi. Görəsən dözə biləcəkdimi? Hər dəfəsində əzilməkdən, alçaldılmaqdan bezən Panteya təklikdən bezəcəkdimi? Özünü Keniyanın vəhşi təbiəti qoynunda təsəvvür edirdi. O yalnız burada mübarizəsini davam etdircəkdi. Xəstə uşaqlar üçün. Ancaq hər dəfə gözlərini açdıqda Sibirin soyuq çöllərində meşədən daşıdığı odunun ağırlığında çiyinləri sızıldayırdı. Və beləcə yandırdığı odunun istisində sızıldayan çiyinlərini qızdıran Panteyanı Afrikanın səhrası öz qoynuna çağırırdı. Əclaf insanlardan uzaqlara, vəhşi təbiətin qoynuna.P.S. Pardon… Ətiniz tökülməsin. Pərdələr bağlanır

Oktyabr 13, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma