Baki Nagili's Blog

TV-də toyxana yağkimidir…

Belə fikirləşirəm ki, televiziya ictimaiyyəti maarrifləndirmək üçündür. Və bu zaman ictimaiyyətin səviyyəsi nəzərə alınaraq verilişlər hazırlanmalıdır. Ahaaaa, deməli 10 il əvvəllə nəzərən xalqın səviyyəsi rəqəmlər sonsuzluğundakı kimi mənfiliyə doğru istiqamətlənir. Necə ki, özümüz mız qoymağı sevirdik, indi verilişlərdə özümüzə mız qoyurlar. Məsələn “Mozalan” da mız qoyurdu. Daha doğrusu BİZ batırırdı. Və batırdığı bizlərin də cəmiyyətə faydası olurdu. Azərbaycan teleməkanında ürəklə izlədiyim verilişlər çox azdır. Bunlar da ya hansısa ictimai xadim, şair haqqında hazırlanmış sənədli filmlərdir. Və ya nadir hallarda rastlaşdığım nadirnamələr. Məncə Rusiya telekanalları mənim zövqümü daha çox oxşayır.Urusun falçısı da efirdə adama elə badalaq gəlir ki, başlayırsan ayağıvın altını qazımağa ki, vəssalam qızı öldürüb burda basdırıblar, meyit qotov. ATV öz üçbucağından yayımladığı “Yağ kimi”silə bütün mədəmi necə qıcqırdıbsa hıçqırtısı hələ də keçmir. Kamera dalında göz-qaş edib, kamera qabağında Gədəbəy kartofunun qırğınını gördükcə pəhriz saxlamaq fikrinə düşürəm. Tam istixana ab-havası isə ANS-in “Toyxana”sındadır. Atasından-anasından küsmüş hər kəs gəlir efirə özünə bir yar axtarmağa. Bü günün menyusu təqdim olunur. Və özünə uyğun bir yarı seçib ona havadar çıxırsan. “Elgizin cüməaxşamı”sından tutmuş “Toy olsun”una qədər onun hazırladığı bir veriliş xoşuma gəlib cəmi-cümüsü. O da 1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-i n, sonra isə ZSFSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş İbrahim Əbilov haqqında hazırlanmış veriliş idi. Vəssalam, şüttəmam. Space-nin falçılar haqda hazırladığı verilişi demirəm hələ. Yəqin siz özünüzdə görürsüz: Bir ara bütün kanallar bəhsə-bəhsə Braziliyanın zir-zibil serialları ilə TV izləyicilərinin beynini duzlayıb-istiotlayandan sonra keçdilər götürülmə verilişləri özümüzdə tətbiq etməyə. Vəəə… İşsizlərin çoxluq təşkil etdiyi bir ölkədə əksəriyyət hücum çəkdi yeyib-içməyə, arvad alıb şellənməyə, ya da ki, yuxularında darı görən kimi falçılara zəng etməyə. Mən çalışıram özümüzü kompleksiz, azad vətəndaş edək, bunlar çalışır bizi qoyun kimi püşşə eləsin. Burda deyiblər Tfu sizün zatuvuza.

Oktyabr 3, 2010 - Posted by | Uncategorized

3 Şərh »

  1. >elgiz deyir-biz muharibe seraitindeyik bize ne lazimdir?-esger-esger ucun ne lazimdi?-toybu kanal insanlari qan tookmeye muharibeye sesleyir alcaqlar

    Şərh tərəfindən shikhibayramli | Oktyabr 3, 2010 | Cavabla

  2. >Aynur, Okan Bayulgen – kanalIzasyon – filmi…mutleq bax, esil bizim kanallarin hailini gore bilersen 😉

    Şərh tərəfindən Anonymous | Oktyabr 4, 2010 | Cavabla

  3. >Qəşəng)

    Şərh tərəfindən Anonymous | Noyabr 20, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma