Baki Nagili's Blog

Qozqoyandan

Biz varıqsa maraqlı meydan var,

Səs verəcək kimdə ki, imkan var. )) (Meyxana Şoudan)
Uzun çək çevirdən sonra deputatlığa namizədlərin seçki təbliğatı başlayıb. Düzdür, çöldə, bayırda elə də güclü seçki ab-havası hiss olunmur. İTV-nin efirində eşitdiyimə görə əvvəlcə saniyəsi 20 AZN məbləğinə ölçülüb-biçilmiş təbliğat kompaniyası sonradan yad planetlilərin işə qarışması ilə havayı oldu. Yəni namizədlər 4 dəq. ərzində özlərinə pərdəarxası təqdim edə bilərlər. Bilmirəm küçədə nə təbliğat aparılır, insanlara yenidən nə vəd edilir, ayın 7-dəki tamaşanı dördgözlə gözlüyürəm. Oxumağa davam et
Advertisements

Oktyabr 27, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Mat qalmış Şah

Kori Evans deyirdi: “Şahmatda qəhrəman yoxdur”.

Burda udan və uduzan var. Və füqurlar yenidən qutuya yığıldıqları zaman bərabərhüquqlu olurmuşlar.  

Bu oyunu atam öyrədib mənə. Hər füqurun adını, şahmat taxtasındakı gediş qaydalarını, topun şahla qalaqurmasını və 4 gözlə oyunun gedişini izləməyi. Düzü hər dəfə məni udanda hirsimdən dırnaqlarımı yeyirdim. Mirzə Fətəli Axundzadə fars dilində yazdığı və kitabxanasında saxladığı “Qamusi-Firuzabadi” adlı kitabının əvvəlinə öz əli ilə köçürdüyü şerində şahmat füqurlarını yaxşı tərif edir:
Biri şah, biri vəzir, ikisi fildir,
İki at və iki qala şaha kəfildir.
İrəlidə gedən piyada ikinci səfdədir,
Atlı və iki (yəni səkkiz xanə) ədədin hər bisi şaha dəlildir. Oxumağa davam et

Oktyabr 18, 2010 Posted by | Uncategorized | 1 Şərh

Panteyanın niskili

Qum saatını yenidən çevirdi. Sürətlə, səssiz axan qum dənəciklərinə baxmaqdan bezmişdi. Burnunu yenə köhnə dolabın taxtalarına yaxınlaşdıraraq nəm iyini ciyərlərinə çəkdi. Bu ona iki əvvəl evlərindəki nəmişliyin iyini xatırladırdı. Qəribə idi. O zaman ona elə gəlirdi ki, onun arxasıyca bir kabus dolaşır. Hər gecə yatağa girdikdə də yanında bir iblisin yatdığını duyurdu. Hər gecə evin divarları dirilirdi. Üstünə gəlirdi və hər gecə beləcə bütün gecələri kimi ümidsizlik içində səhərə doğru gedirdi. Oxumağa davam et

Oktyabr 13, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Musiqili görüşdən yazılan xatirəm

“İşğal olunandan sonra getməmişəm Şuşaya. İşğaldan əvvəl bizim Çölqala məhləsində ikimərtəbəli evimiz var idi. Hər il ailəlikcə ora gedərdik. Qardaşım Əyyub və bacım Könül hər biri öz ailəsi, uşaqları ilə yayı yığışardıq Şuşada. İndi evimizdən xəbərimiz yoxdur”.
Bunları söhbətimizdə mərhum bəstəkar Süleyman Ələsgərovun oğlu, Qahirə konservatoriyasının professoru və əməkdar artist Arzu Ələsgərov danışırdı. Onunla uşaqlıq xatirələrindən başlayıb dərs dediyi Qahirə konservatoriyasına qədər bir musiqili söhbət qurduq.

Oxumağa davam et

Oktyabr 5, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Ey hörmətli müəllim!

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Baxçada nifrət etdiyim bir müəllimə vardı: Məhbubə müəllimə. Adının tərcüməsi sevimli olsa da, qəribədir, mənim ondan zəndeyi zəhləm gedirdi. Çünki müəllimə sifəti yox idi. Uşaqları sıraya düzüb boiling oyunu oynadanda, mənim növbəmdə qolumdan tutub yenidən sıranın sonuna gətirirdi. Mən də oynamadım! Amma baxçada nağıl danışmağa gələndə məni qabağa verirdi. Turpun nağılını danışmağa. Heyif uşaq vaxtı turp əkə bilmədim başında.
Oxumağa davam et

Oktyabr 5, 2010 Posted by | Uncategorized | 1 Şərh

TV-də toyxana yağkimidir…

Belə fikirləşirəm ki, televiziya ictimaiyyəti maarrifləndirmək üçündür. Və bu zaman ictimaiyyətin səviyyəsi nəzərə alınaraq verilişlər hazırlanmalıdır. Ahaaaa, deməli 10 il əvvəllə nəzərən xalqın səviyyəsi rəqəmlər sonsuzluğundakı kimi mənfiliyə doğru istiqamətlənir. Necə ki, özümüz mız qoymağı sevirdik, indi verilişlərdə özümüzə mız qoyurlar. Məsələn “Mozalan” da mız qoyurdu. Daha doğrusu BİZ batırırdı. Və batırdığı bizlərin də cəmiyyətə faydası olurdu. Azərbaycan teleməkanında ürəklə izlədiyim verilişlər çox azdır. Bunlar da ya hansısa ictimai xadim, şair haqqında hazırlanmış sənədli filmlərdir. Və ya nadir hallarda rastlaşdığım nadirnamələr. Məncə Rusiya telekanalları mənim zövqümü daha çox oxşayır. Oxumağa davam et

Oktyabr 3, 2010 Posted by | Uncategorized | 3 Şərh