Baki Nagili's Blog

Mono Liza da çarşaflı oldu

Facebookda Orxanın statusundan bu sitatı necə əzbərləmişəmsə hər gecə yatmamışdan qabaq deyib yatıram: “Əlbət dönəcək dünyanın başı bir gün dönməkdən”. Səhv etmirəmsə, elə yavaş-yavaş dönür dünyanın başı. Bəlkə də, mən tərsinə dönürəm. Bu gün bir xəbərə rastladım: “İtalyan rəssamı Leonardo da Vinçinin əsəri “Mono Liza” İranda çarşafa bürünüb. Çarşaflı Mono Liza portreti Tehrandakı İmam Xomeyni Məscidində ramazan ayı daxilində təşkil edilən Beynəlxalq Quran Sərgisində nümayiş olunub”.
Bəzən Qərb dünyasının qadınları öz mallarını satmaqda, gəlir götürmə kimi vasitələrdə istifadə edildiyini deyənlərə rastlayırsan. Bəlkə çevrilib bir şərqə də nəzər salaq? İranda Quran sərgisi hara, Lizanın çarşaflanması hara? Bəlkə də bu son dövürlərdə ağla gələn yenilikçi bir ideyadır. Deməli özünü müsəlman adlandıran biri də dini ideologiyanı Leonun məşhur əsərindəki qadın obrazı ilə satır. Oxumağa davam et

Advertisements

Sentyabr 11, 2010 Posted by | Uncategorized | 2 Şərh

Eyniliklər şəhərindən duzlu dənizə

Bura eyniliklər şəhəri demək olar. Eyni cür geyinən insanlar, eyni binalar, eyni rənglər. Hətta mənə elə gəlir ki, burda bir fəsil mövcuddur: Yay. Meyvələrin adları, rəngləri, görünüşləri müxtəlif olsa da, dadları eynidir. İldə iki dəfə meyvə yetişir. Misirin heç vaxt tükənməyəcək tozu-torpağı Mart ayında ərəblərin dediyinə görə lap kəllə-çarxa çıxır. Mart ayında əsən qum küləyi evin içərisinə qədər özünü dürtür. Bu vaxtı siz küçədə bir nəfərə də rast gəlməzsiz. Svetoforsuz Qahirə küçələrində tez-tez yol qəzalarına rast gəlmək olar. Bəzən heç bilmirsən, ərəb özünü maşının altına atır, yoxsa yol keçir. Qahirə sakini İmanla şəhər gəzintisinə çıxdıq. Məndən fərqli olaraq, o öz şəhərini birinci dəfə idi gəzirdi. Baxmayaraq, mən Bakının bu başından vurub, o yandan çıxıram. Amma qınamadım onu. Bizdə də şəhərini tanımayanlar az deyil. İman deyir ki, “Nilin suları üzərindəki zibilləri gördükcə dəhşətə gəlirəm. Biz Nillə fəxr edirik, onun çirkli sularını içirik və həm özümüzü, həm də Nili məhv edirik “. Oxumağa davam et

Sentyabr 10, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

O kimdir: Bloqqer yoxsa, yazıçı?!

Qərara gəldim ki, Molla Nəsrəddin kimi çarıqlarımı geyim və bloq-bloq gəzim. Maraqlıdır, görəsən, hansı bloqun bloqçusu nə yuvanın quşudur? Elə siftəni də “Cokondanın baxışları”nı yazandan başlamaq qərarına gəldim. 1986-cı ilin iyun ayında Bakıda dünyaya təşrif buyuran Ərdəbil əsilli əfəndi Rüfət Əhmədzadə. Əgər siz onun bloqunda çox qalsanız, güman edirəm ki, ordan bir filoloq kimi çıxacaqsız. Çünki, Rüfət Əhmədzadənin bloqunda daha çox bədii və publisistik müəllif işləri yer alır. Özü özünü belə tərif edir: “İxtisasca tərcüməçi, həvəscə yazıçı, əqidəcə millətçiyəm”. Oxumağa davam et

Sentyabr 3, 2010 Posted by | Uncategorized | 1 Şərh

Körpə qəlbin pıçıltısı

İki damla yaş süzüldü gözlərindən gilə-gilə
Toxunurdu məftillərin tikanına gülə-gülə
Körpə qəlbi susamışdı, od tuturdu, alışırdı
Müharibə acısına dözürdü o, olanları bilə-bilə. Oxumağa davam et

Sentyabr 1, 2010 Posted by | Uncategorized | Bir şərh yazın