Baki Nagili's Blog

Muzey təəssüratları

Qahirənin tarix muzeyi səni indiki misirlilərin əlindən alıb Qədim Misirə aparan yeganə məkandır. Ehram, sərdabələrdən tapılan amuletlər, bəzək əşyaları, silahlar, mumiyalar.. hamısı göstərir ki, Qədim Misir doğrudan da sivilizasiya beşiyi idi. Muzeydə şahların və şahzadələrin mumiyalarının saxlanıldığı xüsusi otaq var. Misirli və ərəb ölkələrindən olanlar üçün giriş 10, turistlər üçün 100 cüneyhədir. Qahirə muzeyi iki mərtəbəli binadan ibarətdir. Burada gid, ekskursovant işləmək çox sərfəlidir. Muzeyin kitab mərkəzində demək olar ki, dünyanın əksər dillərində nəşr olunmuş muzey haqqında məlumatları əhatə edən kitablar var.

Firon və şəhzadələrin məqbərələrindən tapılmış əntiq əşyalar sübut edir ki, o dövrdə sivilizasiya doğrudan da yüksək olub. Xüsusi incəliklə işlənilmiş boyunbağılarda əsasən zümrüd, yaqut, safir qaşları üstünlük təşkil edir. Qızıldan incəliklə hörülmüş zəncir boyunbağılar zərgərlik sənətinin inkişafından xəbər verir. Firon taxtının quruluşu xüsusilə maraqlıdır. Saray taxtında əyləşərkən firon ayaqları altına üzərinə düşmənlərinin təsviri həkk olunmuş ayaqaltı qoydurarmış. Muzeydə verilən məlumata əsasən, fironun qarşısına düşmənləri, ayaqaltının üstündə təsvir olunmuş şəkildə gətirilərmişlər. Ayaqaltıdakı təsvir bu cürdür:

Əlləri dirsək hissədən arxadan bir-birinə bağlanmış əsir kişilər karvan şəklində sıra ilə düzülər, arxadakının çənəsindən önündəkinin kürəyinə simlə bağlanarmış (Hər halda ağrıdır) və öndəki şəxsin əlləri arxasında dirsəkdən bükülərmiş. Əgər sıradakılardan kimsə cəhd edərək başını qaldırıb firona baxmaq istəyərdisə hərəkət etdiyi zaman dirsəyi arxasındakının sinəsinə batarmış və öz çənəsi də qarşısındakının kürək dərisinə bərkidildiyindən ağrıdan məcbur olub başı aşağı durarmış. Romalıların Misirə gəlişinin mədəniyyətə də güclü təsir etdiyini görmək olar. Bunu həmin dövrdə istifadə olunan qızıl və gümüş pulların üzərindəki Roma sərkərdələrinin təsvirindən görə bilərsiz.
Misirin şəbəkə işlərinə baxdıqca adamın ağlı orta əsrlərə gedib çıxır. Bir mismar işlətmədən qurulan şüşəbəndlər, eyvanlar, pəncərələr.

Qahirədə 1200-dən artıq məscid, onun yarısı qədər kilsə və sinaqoq var. Yəhudi məbədləri işləmir. 60-cı illərdən sonra burdan köçüb gedən yəhudilərdən qalan yeganə məbəd bu iki sinaqoqdur. Bu gün Amr ibn As və Saləddin qalasına baş çəkdim. İslamda 4 -cü məscid olan bu məkanda eyni anda 35000 min nəfər namaz qıla bilirmiş. Saləddin qalası inşa edilərkən, Qahirə və ya Fustat tərəfdə tikilməsi üçün mübahisə olubmuş. Bunun üçün Bir ət tikəsi Qahirə tərəfdə asılmış, digər ət tikəsi isə Fustat şəhərində. Qahirə tərəfdə asılan ət tikəsi bir gündən sonra, Futatda asılan ət tikəsi isə iki gündən sonra rəngini dəyişmiş və iylənmişdir. Havanın təmizliyi və ətin 2-gündən sonra xarab olması nəzərə alınaraq Saləddin tərəfindən bu qala inşa olunmuşdur.
Macəra dolu Afrikaaa

Avqust 18, 2010 - Posted by | Uncategorized

2 Şərh »

  1. >maraqlı idi. ama bir az prikollarından da elave elesydin zor olardı. qaqa canı))

    Şərh tərəfindən Rufat Ahmadzada | Avqust 24, 2010 | Cavabla

  2. >Mumiyaya nə komment? Yazığın suyu da quruyub )))

    Şərh tərəfindən Aynur Zerrintac | Avqust 25, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma