Baki Nagili's Blog

Misirdən cikkildəmələr

Hayəmmmmmmmm
Yallahhhhhh
Vallahi ənti xarbaaaa
)))
Qahirədə yataqxanadan necə çıxdıqsa aradan hələ də ləzzətindən ayrıla bilmirik. Bilirdim ki, natəmiz yerlərdə tarakanlar əskik olmur. 2 gündə iki yataqxana dəyişdik. Elə bil iki gün qocalmışdıq. Nə qədər çox danışan olsam da, mən ərəb qızları kimi qışqırmağı bacarmıram. Özü də bu qapıdan o biri qapıya.
İlk 4-5 gün üçün də az qalırdı başıma hava gələ. Küçəyə çıxanda özümü əcinnə kimi hiss edirdim.Muzza pıs pıs- azz Ceyrannn

Əgər siz əcnəbi qızsınızsa çalışın bürünün. Lap lazım olsa burnunuzun ucunu da gizlədin.  Yoxa sizə komplementlər deyəcəklər və dərd orasında olacaq ki, siz sadəcə kiminsə pısıldadığını eşidəcəksiz. Əgər kafedə oturmusansa və qarson sənə yaxınlaşmırsa, o zaman Pıs-Pıs de. Ələddinin sehirli lampasındakı cin kimi qarson qarşında hazır duracaq. Tahir dayıla bazar mərkəzinə ərzaq almağa getdik. Qarşımızda qara çadralı birisi arabasıyla birgə mıxlanıb durmuşdu. Tahir dayı:
-Ay qız, ya bint (ərəbcə) keç.
Ay Tahir dayı, əziyyət niyə çəkirsən, elə bir dənə PIS etməyi gördük, yol o saat boşaldı.
Deyəcəksiz o boyda Misirdən yazdıqlarına bax. Tarixindənmi yazım? Sivilizasiya beşiyi olduğunanmı yazım?  Bunların hamısını siz bilə bilərsiz. Mənə Misir vətəndaşının həyatı maraqlıdır.
Onlar evlərini bayır tərəfdən o qədər də bəzəməyi sevməzlər. Amma varlı ərəbin evinin içini sanki bir nağıldır. Xüsusi zövqlə elə bəzədilib ki, özünü şah hiss edirsən.
Turistlər üçün Misir möcüzəli, əsrarəngiz bir ölkədir. Onlar xüsusi proqramla Misirin qədim yerlərini gəzir, Xan Xəlil bazarından hədiyyələr və xoş xatirələrlə geri dönürlər. Amma gəlin sizə yavaş yavaş gördüklərimdən danışım. Danışacaqlarım sırf özümə xasdır.
Burda fövqəladə vəziyyət davam edir. Peşmansan əlavə bir sual verəsən , nəsə siyasi, iqtisadi vəziyyətlə maraqlanasan. Gözlər o saat bərəlir. Sən verdiyin sualdan ikisini də sənə verirlər. Blogger Kərim Amerin həbsi də mən dediklərimə balaca da olsa dəlil ola bilər.
Ramazan bayramı qabağı mağazalarda xüsusi izdiham var. İnsanlar elə bil bir aylıq oruca deyil, üçüncü dünya müharibəsinə hazırlaşırlar.
Misirin elit təbəqəsinin getdiyi əsas yerlərindən biri də City Star adlı mağazalar şəbəkəsidir. Burda özünü  tam sərbəst hiss edərsən. Amma mağazaları dolaşmağa marağım olmadığı üçün ora elə də çəkici olmadı. Soruşun maraqlı nədir sənin üçün, deyim.
Qahirədə yerli əhali arasında “Ölü şəhər” adlanan ərazi var. Burda insanlar da qəribədir. Evləri də. Əgər birinin evində kimisə vəfat edirsə, onu məhlədən kənara çıxarmırlar. Evin həyətində, otağın içində badırırlar və həyata davam. Əgər otağın içindəki həsiri qaldırıb yeri qazımaq fikrinə düşsən, əlbəttə ki, sür-sümüklə qarşılaşacaqsan.
Qahirə yeməklərində darçına bənzər ədviyyatın ətri gəlir. Qəribə mətbəxləri var. Demək olar ki, təbiətlərində olan hər şeydən yeməklərində istifadə edirlər. Ağ, incə kürə şəkilli çörəkləri ilk dəfə dadanlar üçün dadsız görünür. Amma öyrəşdikcə ərəbləşirsən və səhər vaxtı sübh yeməyinə sənə təklif olunan qırmızı paxla “Ful” əzməsini daha geri qaytarmazsan. Bura gəlsəniz,nə yeməsəniz də, mütləq qızardılmış, içi düyü ilə doldurulmuş göyərçin “Həmamə”nin dadına baxın. Misirlilər manqo şirəsini çox sevirlər. Hələ bizim üz gözümüzü turşuda turşuda içdiyimizi xurma, qamış, kakos, xarrup şirələrini demirəm. Burada metroya giriş 1 cüneyhədir. Əgər nəzərə alsaq ki, 7 cüneyhə 1 AZN bərabərdir, o zaman baxındaa.
Qahirənin bir qəribəliyini də deyim. Bəlkə də adi bir şeydir. Burda əhali iki dinə mənsubdur. Xristianlar və müsəlmanlar. Xristianlar əhalinin 30%-i təşkil edir. Amma deyilənə görə, son illərdə bu faiz aşağı enib. Müsəlman bir misirli islamı elə təbliğ edir ki, nəticədə xristian dözməyib həqqi imana gəlir. Xristian qadın-kişi biləyinə yazdırdığı xaç döyməsi ilə seçilir. Siz burda dinindən asılı olmayaraq mini geyimdə qadın görə bilməzsiniz. Amma motosikl üstündə ər, 3 uşaq və anaya rastlamaq normal bir haldır. Azərbaycanda necə sevgilinizi tərkinizə alıb motosikldə rahatca küçədə şütüyə bilərsiz?
Hələki, burdayam. Gördüyüm eybəcərlikləri və gözəllikləri cızma qara edirəm.
Afrika qitəsini  sevməmək olmur. Öz vəhşi, təbii  gözəlliyi, qızmar qumlu səhraları və yaşıl vahələri, gecələr sakit axan, sərinlik gətirən Nilini, qədim ərəb musiqisini və çox vaxt bədəvi kökünə qayıdan ərəbləri ilə Afrika sizi səsləyə bilər. Qorxmayın gedin. Hər addım da yeni bir şey öyrənin.
Afrikanın cənubunu daha çox sevirəm. Amma ilk dəfə bu qitəyə şimalhttp://zarrintac.gallery.ru/ dan ayaq basdım.

Avqust 9, 2010 - Posted by | Uncategorized

3 Şərh »

  1. >Yazilarini səbirsizliklə gözləyirik.. Ərəb ölkələrində olmuşam ama eşitiğimə görə Misir fərglənir ancağ day bu qədərini fikirəşmirdim 😀 Otağin içində bastirilan ahalini eşidim haa day bunan sonra məni heçnə təəcübləndirməz 😀

    Şərh tərəfindən Zehra | Avqust 10, 2010 | Cavabla

  2. >ərəb ölkələrində olmuşam ancağ eşittiğimə görə Misir fərglidi. Day buqədərini fikirəşmirdim..Otağin içindədə adam bastirilar ha bunu eşittim heçnətə təəcüblənmərəm valla :DPS: Kofe ordada zəhər kimidi yoxsa babatti? =)

    Şərh tərəfindən Zehra | Avqust 10, 2010 | Cavabla

  3. >Maraqlı yazıdır. Halal olsun.

    Şərh tərəfindən Elchin İbrahimov | Avqust 24, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma