Baki Nagili's Blog

Muzey təəssüratları

Qahirənin tarix muzeyi səni indiki misirlilərin əlindən alıb Qədim Misirə aparan yeganə məkandır. Ehram, sərdabələrdən tapılan amuletlər, bəzək əşyaları, silahlar, mumiyalar.. hamısı göstərir ki, Qədim Misir doğrudan da sivilizasiya beşiyi idi. Muzeydə şahların və şahzadələrin mumiyalarının saxlanıldığı xüsusi otaq var. Misirli və ərəb ölkələrindən olanlar üçün giriş 10, turistlər üçün 100 cüneyhədir. Qahirə muzeyi iki mərtəbəli binadan ibarətdir. Burada gid, ekskursovant işləmək çox sərfəlidir.  Oxumağa davam et

Advertisements

Avqust 18, 2010 Posted by | Uncategorized | 2 Şərh

Səhradan dönüş

“Ahh. Əgər mən vəhşi səhrada yaşasaydım!!!”
Bayron
Uşaq vaxtlarından bir kitabın səhifəsini kəsib məktəb gündəliyimin arasında saxlayardım. Və hər dəfə barmaqlarımla ona toxunduqca özümü qədim Misirdə, Nilin sahilində ehramların tikilişini seyr edən kölgə kimi hiss edirdim. Səhranın yandırıcı günəşi altında Nilin həzin-həzin axan sularını təsəvvür edərək hər biri 1 ton ağırlığında iri daş parçalarını sürüyüb aparan qullara baxdıqca… Oxumağa davam et

Avqust 14, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Misirdən cikkildəmələr

Hayəmmmmmmmm
Yallahhhhhh
Vallahi ənti xarbaaaa
)))
Qahirədə yataqxanadan necə çıxdıqsa aradan hələ də ləzzətindən ayrıla bilmirik. Bilirdim ki, natəmiz yerlərdə tarakanlar əskik olmur. 2 gündə iki yataqxana dəyişdik. Elə bil iki gün qocalmışdıq. Nə qədər çox danışan olsam da, mən ərəb qızları kimi qışqırmağı bacarmıram. Özü də bu qapıdan o biri qapıya.
İlk 4-5 gün üçün də az qalırdı başıma hava gələ. Küçəyə çıxanda özümü əcinnə kimi hiss edirdim. Oxumağa davam et

Avqust 9, 2010 Posted by | Uncategorized | 3 Şərh