Baki Nagili's Blog

>Dünya kimin üçündür?

>

Dünya kimin üçündür? Siz? Əlillər? yoxsa HAMI? Mən bildiyim qədərilə əksər ölkələrdə əlillər  sağlam insanlar kimi cəmiyyətdə gəzə bilirlər. Amma bizdə… 

Bu haqda çox danışmayım. “Sosial məsuliyyət və Sən” mövzusunda maarifləndirici aksiya məqsədi ilə bir qrup gənc olaraq şəhər sakinlərilə sorğu keçirmək qərarına gəldik. Bir vətəndaş kimi nəqliyyat vasitələrində pandusların olmaması məni narahat edir. Aksiyamızın fəaliyəti bundan ibarət idi: Şəhər sakinlərini əlil arabasına oturmağa dəvət edirik, sonra onlardan arabanı idarə edərkən hansı problemlərlə qarşılaşa biləcəklərini soruşurduq.

 Fikir versəniz əlil arabasında heç bir vətəndaşın parklarda gəzdiyini, nəqliyyatdan istifadə etdiyini gösməzsiniz. Bunun səbəbi isə onların cəmiyyətin “sağlam” vətəndaşları tərəfindən qeyri-sağlam qarşılanmalarıdır. Nəqliyyat vasitələrində panduslara rast gəlməzsiniz. Əlil bir insan cəmiyyətdən təcrid olunmuş durumdadır sanki. 
23-24 iyun tarixlərində keçirdiyimiz aksiyada az da olsa vətəndaşları maarrifləndirə bildik. Amma ikinci günü aksiya plakatlarımız polislərimiz tərəfindən alındı. Şəhər sakinlərinin asayişinin pozurmuşuq. Əhsən. Başa düşürəm indi, hansısa əlil öz arabası ilə nəqliyyatda indiyə qədər tıxac yaradırmış, o üzdən evdə oturması yaxşıdır. ((
Plakatları hazırlayanda Xalid Freeman yaxşı söz söylədi: Bir lal tək sənlə danışmaq üçün ilk öncə işarə dilini öyrənir, sonra dodaq oxumağı, səslər çıxarmağı. Amma sən nə edirsən onunla münasibət qurmaq üçün? Heç nə!
p.s. Azadlıq radiosu: Aksiyadan görüntü

İyun 25, 2010 - Posted by | Uncategorized

2 Şərh »

  1. >Aynur xanim, ilk once bu aksiyani kecirtdiyiniz ucun size teshekkurler! Isvecde bir il bunnan once eshitdimki, binani tikib qutardiqdan sonra orda engellilerin arabasi ucun yer qoymayiblar,bu yeri qoymadiqlarina gore binanin onu sokulerek yeniden tikilmishdi… Qaldiki neqiliyyat vasitelerinden engellilerin istifade etmesine hetta AB eye yeni qoshulan kecmish savetler olkesinden olan baltik yani olkeler bele bu problemi cozubler. Yeni istifadeye buraxilan butn neqiliyyat vasitelerinde bu nezere alinib. Aftobusun dayandiqdan sonra bardura kimi enmesi ve aftobusun icinde arabalar ucun ayrica yerin olmasi,hamisi xirdaligina kimi dushunulub.Men hec vaxt bir engellinin neqiliyyata minerken etrafdan komek oldugun gormedim,zaten onlara cemiyyetde yaradilan imkanlar onlarin kucede ve neqiliyyatda kiminse komeyine ehtiyaci olmadigin gostermekdi.Bu onlari psixaloji baximdan rahatladir ve bizm cemiyyetdeki kimi yaziq duruma dushmur…

    Şərh tərəfindən Anonymous | İyun 26, 2010 | Cavabla

  2. […] Birinci halı sadaladım, ikincisi bizim əlillərin pandus problemi ilə  bağlı keçirdiyimiz aksiyada bölməyə aparılaraq plakatlarımızın cırılması, üçünsü də bir qrup flaşmobçu gəncin […]

    Geri bildiriş tərəfindən Əlvan, yoxsa qara gənclik … « Baki Nagili's Blog | Mart 25, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma