Baki Nagili's Blog

>"Gül bayramı"nın kül effekti

>

Gülə bülbül də gərək, bülbülü qoy gül başına
10-u bayram sayanın ay camaat, – Kül başına

Diyirəm bu Mirzə Sakit də yaman diyiraaa. Şələ-küləmi yığıb şəhəri hərlənmək fikrim vardı. Keçən il mayın 10-da yolumu dəniz kənarından salmışdım. Fikrim getmişdi Disney Landın müxtəlif fiqurlu gül kollarına. ayağımı dənizkənarına qoyar-qoymaz elə bildim məhləmizin tinlərindən birindən keçirəm. Günəbaxan tumları-Çırtaçırt. Bu il də elə bil şəhərə bomba atmışdılar. Xüsusilə hərəsi 7 avroya alınmış zambaqlardan yaradılmış “xarüqə”lərlə bəzədilmiş 28 May metrosu yaxınlığındakı parkın içi cənnət, çölü zibilxanadır. Park nəzarətçisinin dediyinə əsasən, park Mayın 10-dan etibarən 5 gün ərzində saat 10.00-dan 19.00-a qədər fəaliyyət göstərir. Polisdən “Elə nə üçün? Qış deyil ki, hər kəs evinə girib gizlənsin? ” cavabı “Vəhşi camaatı bundan artıq saxlamaq olmaz. Gülləri yolub qoyublar yerə” oldu. Adama deyərlər, camaatı vəhşiləşdirən nədir? Gül iyləmə mədəniyyətinin olmaması, yoxsa gülə qarşı olan zormala həvəsi?
Parkın bəzədilməsində nə qədər “tər” tökülmüşdüsə, bir o qədər gül əkimində yeyinti vardır. Biz olaq, yeməyək?
Sevgili Hacıbala Abutalıbovun gül götürmək istəyən qıza nəsihəti: “Ekologiyanı korlamayın. Təbiəti qorumaq lazımdır”.
Siz Bakını necə qoruyursuzsa, əhali də cibindən kəsilib əkilən tumun açdığı gülü elə qoruyur.
Kökümüzü bərk tutaq, gülümüzü qopartmasınlar.
28 may metrosu tərəfdən gülsatanlar: Gəlaaaa, zambaqdan 4 manata qalmadı. 

May 12, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir şərh yazın