Baki Nagili's Blog

>Bakı kəndləri

>Acı dərman Balaqardaş Səttar oğlu Əlimuradzadə
“Tutu” jurnalı; 1915-ci il, XIX nömrə, səh.3

Satalar bir neçə kəndi edələr
Hamını xərc Şağan əhli üçün.
Fərəhi əhli Quma, dərdi qəmi
Tarı göndər Xorasan əhli üçün.

Gəlməyib rəhmi yəqin Mərdəkana
Sayılır gərçi Buzovna miyana.
Xudpəsənd olmağa əhli Ramana
Bircə Zabratdır aman əhli üçün.

Keşlə məşhurdur sarsaq yetirər,
Suraxanı suyu qatil bitirər.
Bülbülə özbaşına qal gətirər,
Xilədir mərsiyəxan əhli üçün.

Biləcəridi kəsiblər qonağı
Binəqazi eləyər qaş-qabağı
Masazırdır şəbigərdan ocağı
Xırdalan yerdi yatan əhli üçün.

Yazma Novxanı qulaq söhbəti var,
Goradil, Fatmayi xoş ülfəti var.
Gəl Saraya necə gör ləzzəti var,
Lap Corat ruhi-rəvan əhli üçün.

Nardaran buxlu, həsəd, kinü, riya,
Maşdağa cəhli-cəhalət, süfəha.
O ki, Bilgəhdir, çoxu mollababa
Hökməli kəndi çoban əhli üçün.

O ki, Sabunçudu yox fədaisi,
Qaldı Balaxanı, itib qaidəsi.
Bibiheybətdir diləçi nəvəsi
Qobu xoşdur Malakan əhli üçün.

Acı dərman bu sözü eylə bəyan,
Qələmi aldın əlinə nə zaman?
Satalar qalmayanı pirü-cavan,
Edələr xərc şağan əhli üçün.

May 7, 2010 Posted by | Uncategorized | Bir şərh yazın