Baki Nagili's Blog

>Bir məscidin tarixi

>Kərbəlayi İmran onun bünövrəsini qoyanda niyyət etmişdi ki, bütün kənd camaatı burada bir araya gəlib namaz qılsın, Ulu Yaradana ibadət etsinlər. Bura Buzovna kəndinin Cümə məscidi olmalı idi. Amma…

Bakının Buzovna qəsəbəsində yerləşən bu gözəl, bünövrəsi sal daşlardan qoyulmuş əsrarəngiz tikilinin çox maraqlı tarixi var. Məscid “Əli ibn Əbu Talib Cümə Məscidi” adı ilə tanınır. Məscidin tarixini araşdırmazdan əvvəl müsahibimiz Tofiq dayı ilə həmsöhbət olduq. Ondan Kərbəlayi İmranın kimliyi haqqında maraqlandıq. 80 yaşlı ağsaqqal Kərbəlayi İmranın oğul nəvələrindəndir. Babası haqqında açıqlama verən Tofiq dayı Kərbəlayi İmranın ovsunçu olduğunu vurğuladı: “Babam ilan tutan idi. Buna ovsunçu deyirlər. Həyətlərə gələn ilanları çıxarmaq üçün həmişə onu köməyə çağırardılar”. Xalq arasında qalan adətlərə əsasən indi də onların həyətindən torpaq götürüb öz həyətinə tökənlər var ki, ilan gəlməsin. Tofiq dayı sözünə davam edərək deyir: “Mən anadan olanda bilmirəm babam sağ idi, yoxsa yox. Amma mən babamı görməmişəm. Özüm 1929-cu ilin adamıyam. Mən yaşda bəlkə bir, ya iki adam qala. Kəbleyi İmranı bir tək Abbasqulu müəllim görmüşdü. Mən də babamın şəkli üçün ona müraciət etdim. Onun təxəyyülünə əsasən rəssam Rafael Kəbleyi İmranın portretini çəkdi”.

Kərbəlayi İmranın dörd oğlu, bir qızı var idi. Oğlanlarından biri Böyük Vətən Müharibəsində itkin düşüb. Kərbəlayi İmranın doğum tarixi də dəqiq bilinmir.

Onun digər nəvəsi Azərlə müsahibəmiz zamanı o, məscid haqqındakı təəssüratlarını bizimlə belə bölüşdü: “Rəhmətlik anam danışardı ki, babam o yeri aldığı zaman burada məscid tikəcəyinə niyyət edir. Və məscidin bünövrəsini də qoyur. Tikintisinə sərmayə də buraxır. Amma sonralar müəyyən səbəblərdən məscidin tikintisi yarımçıq qalır. Uzun illər yarımçıq qalan bu iş babamın varisi kimi məni də narahat edirdi. Dəfələrlə müəyyən yerlərə məscidin təmirinə yenidən baxılması üçün yazılı müraciətlər etmişik”.

Məscidin ümumi tarixi haqqında dəqiq məlumatla rüçün Buzovna kəndinin axundu Hacı Soltan Əlizadəyə müraciət etdik. Axund Hacı Soltanın bildirdiyinə əsasən, məscidin tikilişinə təxminən 1890-cı illərdə başlanılmışdır: “Mən bu məscid haqqında ağsaqqallardan çox sorğu-sual etmişəm. Məscidin tikintisinə başlanılsa da, 1900-1906-cı illər arasında tikinti yarımçıq qalır. Bunun əsas səbəbi isə həmin dövrlərdə baş verən erməni-müsəlman qırğını olur. İkinci dəfə tikintinin davamına 1918-ci ildə başlanılsa da, yenə erməni-müsəlman iğtişaşlarına görə iş yarımçıq qalır”.

Məscidin bənnaları buzovnalı bənna Yusif, usta Xaliq, Kərim, Gülhəsən adlı şəxslər olub. Məscid sal daşlardan tikilib. Hasar tərəfdən isə daş piltələrlə üzlənib. Axund Hacı Soltan deyir ki, məscidin minarəsi və

günbəzi yox imiş. Tavanı düzbucaqlı şəkildə olub, damı isə qırla örtülmüşdür. Məscidin həm iç, həm bayır tərəfindən divarlarında ərəbcə işlənmiş daş kitabələr vardır. Mehrabın sağ və sol tərəflərində medalyon içərisində ərəb dilində yazılmışdır: “Allah, Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseyn”. Bir az aşağı hissədə isə “Sübhanə rəbbiyəl əla və bihəmdih” sözləri vardı.

Məscidin ikinci tikilişinə sabunçulu xeyriyyəçi Hacı Əhədulla adlı şəxs böyük məbləğdə pul qoyur. Ancaq buna baxmayaraq, tikinti yenə yarımçıq qalır. Bu zaman məscidin gümbəzi, minarəsi hələ də qoyulmamışdı. Bunun da əsas səbəbi 1920-ci ildə Şura hökumətinin hakimiyyətə gəlməsi idi. Məhz bu gəlişdən sonra təmiri yarımçıq qalmış məscid binası təxminən 1960-1970-ci illərdən univermaq kimi istifadəyə verilir. Elə o dövrdən də cümə məscidi “Məscid univermaq” kimi tanınmağa başlayır. Bu barədə Buzovna kənd məktəbinin tarix müəlliməsi Zümrüd xanımın dedikləri: “Azərbaycandakı sovet milli siyasətinin əsas məqsədlərindən biri də milli dəyərlərimizi, adət-ənənələrimizi dəyişmək, İslam dininə, İslam mədəniyyətinə qadağalar qoymaq olub. 1920-ci ildə Stalinin əmrinə əsasən, Azərbaycandakı məscidlər, dini yerlər ya tamamilə dağıdılmalı, ya da anbar, klub və kitabxanalara çevrilməli idi. Bu siyasət 1937-ci ildə repressiyalar zamanı neçə-neçə din xadimimizin güllələnməsi və sürgünə göndərilməsi ilə nəticələndi. Bakıda ən böyük məscid olan Bibiheybət məscidi də məhz 1937-ci ildə Stalinin əmrilə partladılmışdı”.

Kərbəlayi İmranın nəslindən olan və hazırda “M.Qorki” adına səyyar kitab fondunun məsul işçisi Azərin bacısı Nazilə İmranlı da məscid haqqında xatirələrini bölüşərkən, təəssüf hissi ilə qeyd etdi: “Bu məscid bilsəniz mənim üçün necə əzizdir. Əziz olmaqla bərabər, həm də göz dağı idi. Mən həmişə o məscidə ürək ağrısı ilə baxırdım. Məscidi rəhmətlik babam tikib. Özülünün, minbərinin əsasını qoyub. Allaha ibadət məqsədilə tikildiyi halda, binanın univrmaq kimi istifadə olunması mənə mənəvi əzab verirdi”.

Burada Hacı Soltanın məscid haqqındakı qəzəlindən bir neçə beyti təqdim etmək yerində olardı:

Qaldı gör necə viranə Cümə məscidimiz,

Nigarandır, baxır hər yanə Cümə məscidimiz.

Bu da bir adi bina yox, ulu Allah evidir,

Ötdü vaxt, düşmədi səhmanə Cümə məscidimiz.

Ucalıq gündə saraylar, çoxalır fironlar,

Göz dikib gör necə dövranə Cümə məscidimiz.

1987-ci ildə Məşədi Qərib məscidindən Hacı Əmrulla ilə Axund Hacı Soltanın birgə müraciətindən sonra Şeyxülislam Hacı Allahşükürün rəhbərliyi ilə məscid alınaraq onlara qaytarılır. Yenidən əsaslı təmir işləri başlansa da, sonradan 1990-cı il hadisələrinə görə yenə iş dayandırılır.

Axund Hacı Soltan ilə Kərbəlayi İmranın nəvəsi Nazilə xanımın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinə məscid haqqında ayrılıqda göndərdikləri yazılı müraciətləri əsasında, nəhayət 2006-cı ilin 12 mayında Heydər Əliyev fondu təmir işlərinə başladı. İlk işlər əsasında məscidin içərisində yuva salmış 20-ə yaxın iti ovçular təmizlədi. Fondun başladığı təmir əsasında məscidə gümbəz qoyulmuş, içərisində otaqlar tikilmişdir. Hazırda minarə üzərində işlər gedir.

Bütün Buzovna camaatı intizarla yeni məscidin istifadəsini gözləyir.

Advertisements

May 27, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Ay alan, məmləkəti rey satıram

>Gəl salam vermə mənə, aton sənün pambıq bəyi
Quruyub ayaq üstə, yeməyə tapmır əppəyi
İtdikdən çıxıb daha qapısı ağzındakı köpəyi
Kiməsə ağız açsa yerində görür təpiyi
Ay alan, gəl bəri, məmləkəti rey satıram
İsti qutab yerinə əntiqə vicdan satıram

Kefin kök, damağın çağ, vurursan içdən qüllabı
Xoşuva gəlməyənə ilişdirirsən tüllabı
Elə ki, bezdin hər işdən oxudursan rübabı
Şən musiqi, incəbel mərcan, aşır bir nimçə “krab”ı
Nə vecivə, gəl bəri məmləkəti rey satıram
Quru əncir yerinə tapılmayan ar satıram.

May 23, 2010 Posted by | Uncategorized | 1 Şərh

>Bakıya isti həva gəlir

>

Həəə artıq yay yavaş-yavaş öz ağcaqanadları, cücü-mücü, diddili-middilisi ilə yan alır dos-doğmaca Bakıya tərəf. Amma bu day-day indidən qızışıb lüt-üryan özünü gecənin qaranlığında günə verirdi. Onu qınamıram. Bakının bürkülü havası hava bir az qızışıb özünü tutan kimi girişir admın canına. 
 

May 18, 2010 Posted by | Uncategorized | 1 Şərh

>"İsmətli Dünya"nın karikaturaları

>

İsmət gördüklərini çəkə-çəkə İsmatli dünyanın üzünü göstərir. İsmətli “İsmətli dünya” rubrikasını blogumda açıq elan edirəm. Tez-tez görüşərsiz, bir də gördüz sizi də çəkib. ))

May 18, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>İkiüzlü köpəkuşağı

>ῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼ
ῼ                                                                                                 ῼ
ῼ      Tüpürüm sağ üzünə, xoşun gəlir gətir bura                             ῼ
ῼ      Çevirib al yanağın xoş hal ilə murdarlayım                             ῼ
ῼ      Nə bilirsən ki, Kürüm aşıb-daşıb dərdi qəmdən                    ῼ
ῼ      Bəlkə də Kürün özülün qarışdıran sənsən özün?                    ῼ
ῼ      Yığmısan göstəbək tək sən altına daşu-qaşı                          ῼ
ῼ     Gördün qımıldanmır tükün, çıxart əlivü başuvu qaşı                ῼ
ῼ     Gəl əl çək, əndər yerə ətəkdə tutduğun daşı                          ῼ
ῼ     Nə yağışmısan ətəkdən, il gəlib ötür yaşı                               ῼ
ῼ                                                                                                ῼ
ῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼῼ

May 16, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>"Gül bayramı"nın kül effekti

>

Gülə bülbül də gərək, bülbülü qoy gül başına
10-u bayram sayanın ay camaat, – Kül başına

Diyirəm bu Mirzə Sakit də yaman diyiraaa. Şələ-küləmi yığıb şəhəri hərlənmək fikrim vardı. Keçən il mayın 10-da yolumu dəniz kənarından salmışdım. Fikrim getmişdi Disney Landın müxtəlif fiqurlu gül kollarına. ayağımı dənizkənarına qoyar-qoymaz elə bildim məhləmizin tinlərindən birindən keçirəm. Günəbaxan tumları-Çırtaçırt. Bu il də elə bil şəhərə bomba atmışdılar. Xüsusilə hərəsi 7 avroya alınmış zambaqlardan yaradılmış “xarüqə”lərlə bəzədilmiş 28 May metrosu yaxınlığındakı parkın içi cənnət, çölü zibilxanadır. Park nəzarətçisinin dediyinə əsasən, park Mayın 10-dan etibarən 5 gün ərzində saat 10.00-dan 19.00-a qədər fəaliyyət göstərir. Polisdən “Elə nə üçün? Qış deyil ki, hər kəs evinə girib gizlənsin? ” cavabı “Vəhşi camaatı bundan artıq saxlamaq olmaz. Gülləri yolub qoyublar yerə” oldu. Adama deyərlər, camaatı vəhşiləşdirən nədir? Gül iyləmə mədəniyyətinin olmaması, yoxsa gülə qarşı olan zormala həvəsi?
Parkın bəzədilməsində nə qədər “tər” tökülmüşdüsə, bir o qədər gül əkimində yeyinti vardır. Biz olaq, yeməyək?
Sevgili Hacıbala Abutalıbovun gül götürmək istəyən qıza nəsihəti: “Ekologiyanı korlamayın. Təbiəti qorumaq lazımdır”.
Siz Bakını necə qoruyursuzsa, əhali də cibindən kəsilib əkilən tumun açdığı gülü elə qoruyur.
Kökümüzü bərk tutaq, gülümüzü qopartmasınlar.
28 may metrosu tərəfdən gülsatanlar: Gəlaaaa, zambaqdan 4 manata qalmadı. 

May 12, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Bakı kəndləri

>Acı dərman Balaqardaş Səttar oğlu Əlimuradzadə
“Tutu” jurnalı; 1915-ci il, XIX nömrə, səh.3

Satalar bir neçə kəndi edələr
Hamını xərc Şağan əhli üçün.
Fərəhi əhli Quma, dərdi qəmi
Tarı göndər Xorasan əhli üçün.

Gəlməyib rəhmi yəqin Mərdəkana
Sayılır gərçi Buzovna miyana.
Xudpəsənd olmağa əhli Ramana
Bircə Zabratdır aman əhli üçün.

Keşlə məşhurdur sarsaq yetirər,
Suraxanı suyu qatil bitirər.
Bülbülə özbaşına qal gətirər,
Xilədir mərsiyəxan əhli üçün.

Biləcəridi kəsiblər qonağı
Binəqazi eləyər qaş-qabağı
Masazırdır şəbigərdan ocağı
Xırdalan yerdi yatan əhli üçün.

Yazma Novxanı qulaq söhbəti var,
Goradil, Fatmayi xoş ülfəti var.
Gəl Saraya necə gör ləzzəti var,
Lap Corat ruhi-rəvan əhli üçün.

Nardaran buxlu, həsəd, kinü, riya,
Maşdağa cəhli-cəhalət, süfəha.
O ki, Bilgəhdir, çoxu mollababa
Hökməli kəndi çoban əhli üçün.

O ki, Sabunçudu yox fədaisi,
Qaldı Balaxanı, itib qaidəsi.
Bibiheybətdir diləçi nəvəsi
Qobu xoşdur Malakan əhli üçün.

Acı dərman bu sözü eylə bəyan,
Qələmi aldın əlinə nə zaman?
Satalar qalmayanı pirü-cavan,
Edələr xərc şağan əhli üçün.

May 7, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Əzilən qərənfillər, düzülən güllər

>Saxsı bir dibçəkdə bir buğda əkdim. Bir buğda dənəsi üçün bir dibçək bir dünya qədər idi. Buğda böyüyüb qızılı sünbül oldu. Sünbülü dərib al qana batırdım. Al sünbülü dəstə zambaqlar üstünə atacağam. Al qərənfilləri tapdalayanlar al sünbülə ayaq atmazlar deyə.

Ötən il aprelin 30-da ADNA-dakı hadisənin bu ilki anım günündə əzilən qərənfillər oldu, bezən polislər. Hadisənin baş verdiyi yerə gül qoymaq mümkün olmasa da, anım tədbirini baş tutmuş hesab etmək olar.  www.pia.az
saytından maraqlı yazı oxudum. Demə, aprelin 30-u həm də ADNA-nın rektoru Səyavuş Qarayevin doğum günü imiş. Onun doğum günündə işim yoxdur. Mən gənc əlində bir gülün nə qədər qorxulu ola biləcəyini gördüm. Əldə qərənfil görən polis və ya xüsusi buyruq qulları olan mülki geyimlilər qırmızı parça görüb qızmış  İtaliya öküzlərinə dönürdülər. Bu həmin güllərdir, 20 yanvarda əkili şəklində vəzifəsindən asılı olmayaraq hamı onu Şəhidlər xiyabanına aparır.  Anım mərasiminin dağıdılmasına, aksiyaya qoşulmağa gələnlərin qarşılaşdığı təzyiqlərə müxtəlif prizmalardan yanaşmaq olar. Sadəcə bunu demək olar: Siz nə qədər mane olmağa cəhd etsəniz də, biz Gənclər haqqımız çatanı edəcəyik. Bu gün bir polis rəisi həlak olmuş gəncinin ruhuna hörmət etməyib əzdiyi qərənfili sabah ölməz liderinin doğum günündə tər bənövşələr içində görüb yenə əzəcəkmi?
Qoy 30 aprel gənclik şüarımız bu olsun-30 Apreldə ayaqlanan qərənfilləri 10 Mayda başımız üzərinə qaldıraq.

May 1, 2010 Posted by | Uncategorized | Bir şərh yazın