Baki Nagili's Blog

>Pis əsgər general olmağı istəməyən əsgərdir

>

Görəsən bu oğlanın canında nələr var? :))
YAZ-YAY məktəbinin bloglarla bağlı təlimində tapşırıq verildi. Püşk atma nəticəsində sənə düşən şəxsi vəsf etməlisən. Fikirləşdim, görəsən iki gün gördüyüm insanı necə təsvir edə bilərəm? Nəsimi filmindən bir hissə düşdü yadıma: Nəsimini şahın ordusu qandallayıb aparanda vəzirin qızı Şəms deyir:

-Vəsf et məni şair!
-Vəsf zamanı deyil Afət!
Mənim vəsf etməyə zamanım var, amma vəsf edəcəyim kəsi vəsf edə biləcək bilgim yox. Girdim bizim bu Elvin Mustafayevin facebook sosial şəbəkəsindəki hesabına. Bir o yana, bir bu yana, ələ düşəcək elə də bir şey tapmadım. Yazdığı şərhlərdən birindən belə nəticəyə gəldim ki, bizim bu Elvin Yunus İmrə yaradıcılığına maraq göstərir.
Sən demə, Elvinin həyat devizi ona stimul verən bu ifadə imiş: “Pis əsgər o əsgərdir ki, general olmağı istəmir”.
Onu insanların çox olduğu yerlər elə də özünə cəlb etmir. Səs-küydən uzaq bir məkanda həzin musiqiyə qulaq asa-asa analitik yazıları oxumağa üstünlük verən dostumuz yəqin ki, narın yaz yağışı ilə yoldaşlıq etməkdən də çəkinməz. Baxmayaraq ki, adamların çoxluğunun onu sıxdığı qənaətinə gəlib, ancaq ətrafda baş verənləri şarıqqıltı gülüşlə qarşılaması onun heç də qaraqabaqlar silsiləsinə aid olmadığına dəlalət edir.
Deyir qatı millətçiyəm, türkçü. Özü də Mussolini kimisindən. Vaxseyyyy.
Bu qarabəniz, üzügülər oğlan haqqında onu deyə bilərəm: Ətrafında baş verənləri analiz etməyi xoşlayan bu oğlanın müşahidə etmə qabiliyyəti də pis deyil. Amma Mussoliniyə oxşamaq istəməsi… Balam, özü bilər, mənə nə?!

Mart 24, 2010 - Posted by | Uncategorized

2 Şərh »

  1. >=) Deyirəm qadasin alaram da bu sosiak şəbəkələrin də =).. Bax bir iki gün tanidiğun adamin girirsən facebook hesabına ya da blogu varsa bir iki yazisini oxuyursan az çok bu insanan anlayişin olur da =)..Yaz Yay bloggerlərdən ümüd varam daha çok blogger çixar səs səmirləri facebookda olmayanlara gədər də gələr =)..PS özüm üçün deyirəm də bu təlimə gələ bilmədim ancaq ümüd varam ki başqa bir tədbirdə taniş olmaq ümüdi ilə..

    Şərh tərəfindən Zehra | Mart 26, 2010 | Cavabla

  2. >Aha Zəhra. Hələ Elvinin şəklinə bax, facebookdan oğramışam. Özü sonra bildi )))

    Şərh tərəfindən Zerrintac | Mart 28, 2010 | Cavabla


Bir şərh yazın