Baki Nagili's Blog

>Bağışla, bağışla, məni bağışla.

>

Bağışla, bağışla, məni bağışla.

Bir küncdə xatirə abidəsi kimi qalan kamera darıxırdı. Bir vaxtlar onlar ikisi də hər şeyin həqiqiliyini arayırdılar. Amma indi o tənha idi. Çingizsiz günlər sayıb yola salırdı. Cansız yaddaşı isə onu keçmiş xatirələrə aparırdı. Sahibi heç vaxt oturmağı xoşlamazdı. Ürəyi həmişə çırpınardı. Narahat olardı. Nəsə etməli idi. Əlinə kamerasını aldığı andan tale onların ikisini də ürəklərinin çırpındığı yerə aparırdı. Kamerası onun görən gözü, eşidən qulağı idi. Kamerası onun yaddaşı idi. Bəlkə də cisminin bir parçası. Söndürməzdi. “O mənim görmədiklərimi görər”-deyə fikirləşərdi. Sanki kamerası da duyurdu onun düşündüklərini. Ağacdan atəş açan erməninidə,Xocalı da qətlə yetirilənləri, vətəni qoyub qaçanları, naəlac yurd yuvasından köçənləri lentə alanda da ikisinin içi birdən sızlamışdı. Hər ikisi ağlamışdı bir-birindən xəbərsiz. O gün də onunla idi. Bilirdi vəzifəsini. Sahibinin qolları arasında çəkməli idi gördüyü cəhənnəmi. Lentə almadı idi qeyrətlilərin qeyrətlərini necə müdafiə etdiklərini. Çatdırmalı idi dünyaya. Axı məhz onların ikisinin çəkdiyi Xocalı dəhşəti insanlara heç də onların həmişə mələk xislətli olmadığını bildirmişdi. Çəkirdi. Hər şeyi nöqtəsinə qədər. Və…..
İndiyə kimi yadındadır kameranın. Nə olduğunu anlamadı. Niyə obyekt dəyişmir. İndi o yüksəkdə yox, yerdədir. İndi onu tutan qollar boşalıb. Çaxnaşma var. Yoxsa…
Ola bilməz. Qeyrətsiz gülləsinin qurbanı olmuşdu Çingizi. Körpəni çəkərkən “Üzünü göstər” deyə hayqıran Çingizin üzü ana torpaqda idi. Hərəkət etmək istədi. Arxaya dönüb nə baş verdiyini anlamaq istədi kamera. Amma bacarmadı. Ona həyat eşqi verən ürək yox idi artıq. Onu ayaqda saxlayan qollar daha onu tutmayacaqdı. Amma cansız olsada, eşidirdi son ürək çırpıntılarını. Son pıçıltıları.
Hardasan ay ana? Laylan düşüb yadıma..
Mən dönməzə gəldim, Allah çatsın dadına..
Halımı görsəydin doğmazdın məni..
Mən nə səni satdım, nə də Vətəni..
Kamera düşünürdü: Torpaq satqınları qoynuna almaz. Səni isə ana torpaq öz isti ağuşuna aldı. Bir axşam yanına qayıda bilsəm…. Bağışla, bağışla, məni bağışla.
                                                                                              Aynur Zərrintac

Fevral 26, 2010 - Posted by | Uncategorized

2 Şərh »

  1. >Əla yazmısan!Fikir verirsizmi, o vaxtlar bir-iki dəfə efirdə nümayiş olunan, Çingizin arxadan vurulması videolenti, elə o vaxtdan bu yana yoxa çıxdı. Ondan sonra mən o videolenti bir də görmədim. Gör necə ki, ANS də daha yayımlamadı onu.Amma mənim indiyə kimi yadımdadır o kadrlar… Səhər tezdən qəfil atışma başladı, əsgərlər yuxudan durub döyüşə girdilər. Çingiz də irəlidə döyüşü çəkirdi. Birdən arxadan vurdular onu. Kamerasının bir müddət yerə düşüb qalması, əsgərlərin onu arxaya aparmaları, hamısı yadımdadır. Deyəsən kimsə sonradan kameranı qaldırıb baş verənləri çəkirdi.Allah rəhmət eləsin! Çingizdən yox idi və bu xalqın bir daha Çingizi olmayacaq!

    Şərh tərəfindən Rashad | Fevral 27, 2010 | Cavabla

  2. >Çingiz olmasaydı Hocalıdaki baş verən dəhşətli gətl, vəhşilikdən heç dunyanı goydum girağa, bizim belə xəbərimiz olmazdı.. Mənim də yadımda dı o kadrlar, necə Çingizi arxadan şərəfsizcəsinə vurmaqları.. Çingiz kimi adam azdı doğurdan azdı. Əsl İgid iydi Allah rəhmət eləsin..

    Şərh tərəfindən Zehra | Fevral 27, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma