Baki Nagili's Blog

>Puç olmuş arzular

>

Kilsə zənglərinin çalınan zəngi bir azda mənim havamı çalın
Yandırılan şamların zəif şöləsi, qaranlıq kölgəmə işıqlar saçın
Uzaqdan çalınan kilsə zəngləri onu səhərin alatoranlığında özünə çəkirdi. Nə kilsə maraqlandırırdı onu, nə keşişləri, nə də Allahı. Allaha olan ümidlərini hələ uşaq yaşlarından itirmişdi. Hər dəfə atası içərək sərxoş halda evə gəlib onu döydükdə öz yatağına çəkilər, ağlaya ağlaya Allaha yalvarar, səhərə qədər onu öldürməsini istəyərdi. Bilirdi ürəkdən tez-tez istənilən şeylər yerinə yetir. Sonradan hər dəfəsində bu istəyi təkrarlandıqca Allahın heç də hər şeyi yerinə yetirməyəcəyinə inandı. Və istəklərini öz içində basdırdı. Ana kimə deyilirdi, bilmirdi. Sadəcə bildiyi bir şey idi. Ata olan yerdə ana olmazsa o indi mövcud olmazdı.

Rezin çəkmələrinin zərbəsindən özünü xilas etməyin yolunu evdən qaçmaqda gördü. Qaçdığı yol isə onu özü kimi tənha kiçik nəfəslərin olduğu kiçik məkana gətirəcəkmiş. Atılmış, tərk edilmiş uşaqların evinə. Burdakə heç bir uşaq buranı sevmirdi. Amma sevməyə məhkum idi.

İlk hədiyyəsini də bu evdə aldı. Milad ərəfəsi, yeni ildə ona üzərində Çe Gevaranın qırmızı papaqlı rəsmi olan qara çanta bağışladılar. Şəkildəki kişinin əvvəllər kim olmasını bilməsə də, sonradan tez tez uşaq evinə gələn tələbələrdən onun həyatı haqqında öyrəndikcə arzuları formalaşmağa başladı. O, onun uşaq xəyalının qəhrəmanı oldu. Sakit vaxtlarında bir küncə çəkilib söhbət etdiyi dostu oldu.

İndi onun uşaq evindən 17 illik ayrılığından qalan xatirə keçirdiyi günlər, bir də bu qara çanta qalmışdı. Dəyişən aradakı uzun məsafə idi. Dəmir barmaqlıqlar arasında keçirdiyi, arzularını qoyub gəldiyi həbsxananın tikanlı hasarlı durmuşdu arada. Nə uşaq evinə dönə bilərdi, nə həbsxanaya. Birindən onu zaman, digərindən isə azadlıq sərvəti ayırırdı. Azad idi. Hər iki məkanda olduqda ürəkdən istədiyi azadlığı verilmişdi ona. Küçədə gəzən, işə tələsən, qayğılı görünən hərkəsdən azad idi. Düşünəcəyi bir şey yox idi.

İndi yaşamaq uğrunda mübarizə aparırdı. Iri zibil yeşiklərindən tapdığı şüşə butulkaları qoruyub saxladığı çantasına yığa-yığa Çe Gevaranın bozarıb yoxa çıxan şəklindən qalmış qırmızı ulduza baxırdı. Sönmüş gənclik həyatında bir ulduz qədər işartı olsaydı, o yenidən Çe Gevaranı öz qəhrəmanı edərdi. Amma o onun kimi güclü deyildi. O bir zaman dua etdiyi kimi üzdə döndərmişdi Allahından. O bir zaman qüvvətləndiyi, çevriliş etmə məqsədini aldığı qəhəmanına dönük çıxmışdı. O indi sadəcə meyid kimi sürünürdü. Uzaqdan gələn kilsə zənglərinin səsini duymağa tələsirdi. Bəlkə bu nəhəng pəzəvənglər ona nəsə deyərdilər.

                                                                                                        Aynur Zərrintac
                                                                                                       

Fevral 22, 2010 - Posted by | Uncategorized

1 Şərh »

  1. >Anar Gəraylı:Sağol səni Cuppulu :)))

    Şərh tərəfindən Anonymous | Fevral 25, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma