Baki Nagili's Blog

>Bağışla, bağışla, məni bağışla.

>

Bağışla, bağışla, məni bağışla.

Bir küncdə xatirə abidəsi kimi qalan kamera darıxırdı. Bir vaxtlar onlar ikisi də hər şeyin həqiqiliyini arayırdılar. Amma indi o tənha idi. Çingizsiz günlər sayıb yola salırdı. Cansız yaddaşı isə onu keçmiş xatirələrə aparırdı. Sahibi heç vaxt oturmağı xoşlamazdı. Ürəyi həmişə çırpınardı. Narahat olardı. Nəsə etməli idi. Əlinə kamerasını aldığı andan tale onların ikisini də ürəklərinin çırpındığı yerə aparırdı. Kamerası onun görən gözü, eşidən qulağı idi. Kamerası onun yaddaşı idi. Bəlkə də cisminin bir parçası. Söndürməzdi. “O mənim görmədiklərimi görər”-deyə fikirləşərdi. Sanki kamerası da duyurdu onun düşündüklərini. Ağacdan atəş açan erməninidə,Xocalı da qətlə yetirilənləri, vətəni qoyub qaçanları, naəlac yurd yuvasından köçənləri lentə alanda da ikisinin içi birdən sızlamışdı. Hər ikisi ağlamışdı bir-birindən xəbərsiz. O gün də onunla idi. Bilirdi vəzifəsini. Sahibinin qolları arasında çəkməli idi gördüyü cəhənnəmi. Lentə almadı idi qeyrətlilərin qeyrətlərini necə müdafiə etdiklərini. Çatdırmalı idi dünyaya. Axı məhz onların ikisinin çəkdiyi Xocalı dəhşəti insanlara heç də onların həmişə mələk xislətli olmadığını bildirmişdi. Çəkirdi. Hər şeyi nöqtəsinə qədər. Və…..
İndiyə kimi yadındadır kameranın. Nə olduğunu anlamadı. Niyə obyekt dəyişmir. İndi o yüksəkdə yox, yerdədir. İndi onu tutan qollar boşalıb. Çaxnaşma var. Yoxsa…
Ola bilməz. Qeyrətsiz gülləsinin qurbanı olmuşdu Çingizi. Körpəni çəkərkən “Üzünü göstər” deyə hayqıran Çingizin üzü ana torpaqda idi. Hərəkət etmək istədi. Arxaya dönüb nə baş verdiyini anlamaq istədi kamera. Amma bacarmadı. Ona həyat eşqi verən ürək yox idi artıq. Onu ayaqda saxlayan qollar daha onu tutmayacaqdı. Amma cansız olsada, eşidirdi son ürək çırpıntılarını. Son pıçıltıları.
Hardasan ay ana? Laylan düşüb yadıma..
Mən dönməzə gəldim, Allah çatsın dadına..
Halımı görsəydin doğmazdın məni..
Mən nə səni satdım, nə də Vətəni..
Kamera düşünürdü: Torpaq satqınları qoynuna almaz. Səni isə ana torpaq öz isti ağuşuna aldı. Bir axşam yanına qayıda bilsəm…. Bağışla, bağışla, məni bağışla.
                                                                                              Aynur Zərrintac

Fevral 26, 2010 Posted by | Uncategorized | 2 Şərh

>Puç olmuş arzular

>

Kilsə zənglərinin çalınan zəngi bir azda mənim havamı çalın
Yandırılan şamların zəif şöləsi, qaranlıq kölgəmə işıqlar saçın
Uzaqdan çalınan kilsə zəngləri onu səhərin alatoranlığında özünə çəkirdi. Nə kilsə maraqlandırırdı onu, nə keşişləri, nə də Allahı. Allaha olan ümidlərini hələ uşaq yaşlarından itirmişdi. Hər dəfə atası içərək sərxoş halda evə gəlib onu döydükdə öz yatağına çəkilər, ağlaya ağlaya Allaha yalvarar, səhərə qədər onu öldürməsini istəyərdi. Bilirdi ürəkdən tez-tez istənilən şeylər yerinə yetir. Sonradan hər dəfəsində bu istəyi təkrarlandıqca Allahın heç də hər şeyi yerinə yetirməyəcəyinə inandı. Və istəklərini öz içində basdırdı. Ana kimə deyilirdi, bilmirdi. Sadəcə bildiyi bir şey idi. Ata olan yerdə ana olmazsa o indi mövcud olmazdı.

Rezin çəkmələrinin zərbəsindən özünü xilas etməyin yolunu evdən qaçmaqda gördü. Qaçdığı yol isə onu özü kimi tənha kiçik nəfəslərin olduğu kiçik məkana gətirəcəkmiş. Atılmış, tərk edilmiş uşaqların evinə. Burdakə heç bir uşaq buranı sevmirdi. Amma sevməyə məhkum idi.

İlk hədiyyəsini də bu evdə aldı. Milad ərəfəsi, yeni ildə ona üzərində Çe Gevaranın qırmızı papaqlı rəsmi olan qara çanta bağışladılar. Şəkildəki kişinin əvvəllər kim olmasını bilməsə də, sonradan tez tez uşaq evinə gələn tələbələrdən onun həyatı haqqında öyrəndikcə arzuları formalaşmağa başladı. O, onun uşaq xəyalının qəhrəmanı oldu. Sakit vaxtlarında bir küncə çəkilib söhbət etdiyi dostu oldu.

İndi onun uşaq evindən 17 illik ayrılığından qalan xatirə keçirdiyi günlər, bir də bu qara çanta qalmışdı. Dəyişən aradakı uzun məsafə idi. Dəmir barmaqlıqlar arasında keçirdiyi, arzularını qoyub gəldiyi həbsxananın tikanlı hasarlı durmuşdu arada. Nə uşaq evinə dönə bilərdi, nə həbsxanaya. Birindən onu zaman, digərindən isə azadlıq sərvəti ayırırdı. Azad idi. Hər iki məkanda olduqda ürəkdən istədiyi azadlığı verilmişdi ona. Küçədə gəzən, işə tələsən, qayğılı görünən hərkəsdən azad idi. Düşünəcəyi bir şey yox idi.

İndi yaşamaq uğrunda mübarizə aparırdı. Iri zibil yeşiklərindən tapdığı şüşə butulkaları qoruyub saxladığı çantasına yığa-yığa Çe Gevaranın bozarıb yoxa çıxan şəklindən qalmış qırmızı ulduza baxırdı. Sönmüş gənclik həyatında bir ulduz qədər işartı olsaydı, o yenidən Çe Gevaranı öz qəhrəmanı edərdi. Amma o onun kimi güclü deyildi. O bir zaman dua etdiyi kimi üzdə döndərmişdi Allahından. O bir zaman qüvvətləndiyi, çevriliş etmə məqsədini aldığı qəhəmanına dönük çıxmışdı. O indi sadəcə meyid kimi sürünürdü. Uzaqdan gələn kilsə zənglərinin səsini duymağa tələsirdi. Bəlkə bu nəhəng pəzəvənglər ona nəsə deyərdilər.

                                                                                                        Aynur Zərrintac
                                                                                                       

Fevral 22, 2010 Posted by | Uncategorized | 1 Şərh

>Ətağa cəddi…

>

Metroda, yol qırağında tez-tez uşaqların az qala gözümüzə soxduqları “Mirmövsüm Ağa” şəkillərinin kim tərəfindən yayıldığını bilmək marağımız bizi bunu araşdırmağa sövq etdi. Təhminə Paşayevanın araşdırıb tapdıqları bizim bloqda.

Mir Mövsüm Ağanın şəkilləri hansı məqsədlə satılır?
Bir vaxtlar dilənçilik edən 10 yaşlı Yonca, indi metroda insanların seyid deyə andıqları Mir Mövsüm Ağanın şəkillərini satır.
– Al xeyir taparsan. Yaxşı nə verərsən verərsən.
Balaca Yonca hər gün bu sözlərlə yüzlərlə insana yaxınlaşır. Di gəl, şəkilləri alanda olur, almayanda.
Yonca deyir ki, şəklin birini 25 qəpiyə alıb,30 qəpiyə satır.
– Tanıdığım bir qızın mağazası var. Şəkilləri oradan alıram. Amma, deyə bilmərəm kimdir. Hətta, birdən elə olur ki, mənə pulsuz da verir.
Balaca qızcığazdan sənə niyə pulsuz verir deyə soruşduqda sadəcə məni çox istəyir cavabını verdi.
– Ancaq sabahdan sata bilməyəcəm. Mağaza bağlanır. Niyə bağlanır onu da bilmirəm.

Yoncadan fərqli 13 yaşlı Əli isə bu şəkilləri 15 qəpiyə alıb , 30 qəpiyə satır.

– Mənə 5 qəpik qalır. Amma birdən elə olur ki, şəkilləri götürüb pulunu vermirlər. Bilmirlər ki, mənə qalan elə o 5 qəpikdir.
Əli deyir ki, Mir Mövsün ağanın şəkillərini 28 may metrosu yaxınlığında “1001 xırdavat” deyilən mağazadan alır.
Həmin mağazanın satıcısı isə bildirir ki, şəkilləri Binə ticarət mərkəzindən gətirirlər.
– Bildiyimə görə, şəkillər Binə ticarət mərkəzinə Türkiyədən gətirilir. Türk müğənnilərin şəkilləri necə gətirilir bu da elə.
Məşədi Əzizbəyov stansiyasında Mir Mövsün ağanın şəkillərini pulsuz satan uşaqlara da rat gəlmək olur. 17 yaşlı Hüseyn də belələrindəndir.
– Mənə xeyir qalmasa da savab qalır. Özüm namaz qılanam. Mir Mövsün Ağa müqəddəsdir. Onun şəklini kim alsa, xeyir tapar.
Şəkilləri kimdən alırsan deyə soruşduqda sualımız bu dəfə da cavabsız qaldı.
Mir Mövsün Ağanın şəkillərinin satılması ilə bağlı insanlar arasında sorğu keçirdik. Bəziləri bunun arxasında ticari məsələlərin, bəziləri siyasətin durduğunu , bəziləri isə insanlara kömək məqsədilə satıldığını söylədi:
22 yaşlı tələbə Bəxtiyar Paşayev deyir ki, insanları müqəddəsləşdirib satmaq düzgün deyil.
– Şəxsən mən bu şəkilləri almıram. Dinimizə də ziddir. Ola bilər ki, bunun arxasında bizə məlum olmayan qüvvələr durur.
Bəxtiyar Paşayev onu da qeyd etdi ki, yaxşısı budur məsələni dövlət orqanı araşdırsın. İctimaiyyətə bunun arxasında kimlərin durduğunu açıqlasın.
36 yaşlı evdar xanım Sevda Abdullayeva isə deyir ki, bu şəkillər insanlara ancaq kömək məqsədilə satılır.
– Mən Mir Mövsüm Ağanın şəklini harda görsəm alıram. O seyiddir. Onun cəddinə qurban olum. Biz insanlar onun şəklindən kömək umuruq.
Dini məsələlər üzrə ekspert Qoşqar Səlimli bildirdi ki, insanlarin şəklini müqəddəsləşdirib satmaq islam əqidəsinə yalnış bir şeydir. Bu, bütpərəstliyə gətirib çıxarır.
– İnsanlar sanki problemlərini həll etmək üçün şəkildən belə imdad gözləyilər. Şəkillərin hansı məqsədlə satılmasına gəlincə, burda məqsəd ticari məsələlər və yaxud islam əleyhinə siyasi təbliğat da ola bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfalı Nəzərli qeyd etdi ki, Mir Mövsüm ağanın şəkillərini satan uşaqlar barədə onlara məlumat verilib.
– Bu məsələ araşdırılır. Bunun arxasında hansı məqsədlərin dayandığı artıq bizə məlumdur. Ancaq nəticələri nə ictimaiyyətə, nə də mediaya açıqlaya bilmərik.
Belə ortaq nəticəyə gəlmək olar ki, hələ bir müddət də insanlar bu uşaqların Mir Mövsüm Ağanın şəkillərini niyə, hansı məqsədlə satdığından xəbərsiz olacaqlar.

Fevral 17, 2010 Posted by | Uncategorized | 1 Şərh

>Qara Millət

>


Hüseyn Bay Məmmədov-Qara millət

Yeriyir çirkli siyasət və nəhayət,
Edərək pisliyi inkar
Yağaraq yarım metrə qar…
Olacaq güclü iqtisadiyyat aşkar
Ki bu dövlət ola iflic
Süzərək milləti bic -bic
Bir-iki soska burun, qıllı sifət, nadürüst alçaq
Qoyaraq ruhuma dustaq
Sən salamat, mən isə sağ
Atginən üstümə sən şər
Yazmamış bir belə dəftər
Ulu öndər, rulu döndər.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Danışım xeyli dərindən
Gecəsindən, səhərindən
Dağınıq neft şəhərindən
Bu günündən, səhərindən,
Dünənindənmi deyim, ya gələcəkdən
Və ürəkdən əminəm ki,
“Gələcək” gəlməyəcək heç bu gedişlə
Ya yıxıl öl, ya da işlə
Ehh… Yenə də qəmli hekayət
Gələcək beynimə əlbət.
Və nəhayət…
Varsa ədalət o diyarda
Nə olar ay ulu öndər mənə göndər
Verməmiş mən sənə dərslər
Ulu öndər, rulu döndər!!!

Fevral 6, 2010 Posted by | Uncategorized | 1 Şərh

Insan yalnızlığı

Qarlı havanın nə qədər sakitlik, hüzun gətirdiyini qar yağanda gömək olur. Yağan qar təbiətin problemlərini nə qədər yerində həll edirsə, insanların çatışmamazlıqlarını bir o qədər qabardır.

Oxumağa davam et

Fevral 6, 2010 Posted by | Uncategorized, Şeri-biədəb | , , | Bir şərh yazın

Hərəyə bir ağac əkək!

Gəlin hərəyə br ağac əkək,
Sonra o ağacı kökündən kəsək.
Qoyucalsın səmalara göydələn kəllələri
Kəssin əsən küləyi, günəş şəfəqlərini…… Oxumağa davam et

Fevral 3, 2010 Posted by | Uncategorized | Bir şərh yazın